Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-51/2020 28.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Şərur rayon Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Dərəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Şərur rayon Dərəkənd ərazisində həmkəndlisi kəndi sakini X2 döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, xx xxxxx 2020-ci il tarixdə həmkəndlisi X2 ailə qurmaq məsədilə qaçırdığını, təxminən 3 gün sonra Mələklə aralarında baş vermiş mübahisə nəticəsində ataslının yaşadığı evə qayıtdığını, təxminən 20 gündən sonra aralarında barışıq olduğunu və nişanlandıqlarını, 2 həftə sonra yenə aralarında olan münasibətlərin pozulduğunu, nişanın qaytarıldığını, 2020-ci ilin iyun ayında yenidən Mələyi qaçırdığını, təxminən 3 həftə birlikdə yaşadıqdan sonra yenə ayrıldıqlarını, təxminən 2020-ci ilin avqust ayının 21-də Mələklə barışıb Dərəkənd kəndində yaşayan bibisinə məxsus olan evdə yaşamağa başladıqlarını, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20:00 radələrində Mələk nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yarandığını, ona sillə vuraraq bir daha bunu etməməsini bildirdiyini, bundan biraz sonra Mələyin atası İsmayıl və anası Yazgülün onlara gələrək Mələyi aparmaq istədiklərini, bu zaman aralarında mübahisə yarandığını, tək olduğuna görə şkafın üstündəki bıçağı götürərək onlara üstünə gəlməmələrini bildirdiyini, təxminən 30 dəqiqədən sonra hadisəni eşidən anası Xalidə Mahmudovanın həmin yerə gələrək, Mələyin valideynləri mübahisə edərək savaşdığını qeyd edərək, məhkəmədən barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 vermiş olduğu izahatda, xx xxxxx 2020-ci il tarixdə Şəxs ilə könüllü olaraq ailə qurmaq məqsədilə qaçdığını, Sərtif anasının onu gəlin kimi qəbul etmədiyini, gedən gündən döyüldüyünü, söyüldüyünü, sonra Sərtiflə həmkəndliləri Əli İsmayılova məxsus olan evə köçdüklərini, orada 4 gün yaşadıqdan sonra Sərtifin anasının buna etiraz etdiyini, xx.xx.2020-ci il tarixdə Sərtifin yaşadıqları evə sərxoş halda gələrək onu döydüyünü, ona “çıx get anangilə” dediyini, bundan sonra atasının evinə getdiyini, qapıdan çıxanda Sərtifin ona “sən get mən evi yandıracağam” dediyini, Sərtifin evi yandıracağını fikirləşərək anası Yazgül və bacısı Aysel ilə birlikdə həmin evə qayıtdığını, oradan paltarlarını götürərkən Sərtifin onu qolundan tutduğunu, anasına və bacısına “Mələyi aparmaq istəsəniz onu öldürəcəyəm” dediyini, biraz sonra atasının, qaynanası Xalidənin və baldızı Ülkərin oraya gəldiyini, qaynanasının və baldızının onun üstünə hücum etdiklərini, Sərtifin onu döydüyünü, bibisi Rumiyyə Məmmədovanın onu Sərtifin əlindən ala bilməyəcəyini görüb, yerdən daş götürərək, Sərtifin başından vurduğunu, bundan sonra Sərtifin onu buraxdığını, daha sonra polis əməkdaşlarının gələrək onları aralaşdırdıqlarını qeyd edərək, Sərtifin törətdiyi əməlindən səmimi peşman olduğunu, hal–hazırda onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını qeyd edərək məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Əliyev Namiq oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat Dərəkənd sakini İsmayıl Məmmədovun yaşadığı evdə lambirin vurmaq üçün çağırdığını, təxminən günortadan sonra onu evlərinə yola saldığını, İsmayıl ilə qohum olduqları üçün onu evlərinə apardıqdan sonra onların evində çay içdiklərini, bu zaman mobil telefonunun orada düşdüyünü, axşam saatlarında İsmayılın onların ev telefonuna zəng edərək, telefonunun onlarda qaldığını dediyini, təxminən saat 20:00 radələrində telefonu götürmək üçün Dərəkəndə getdiyini, oraya gedən zaman İsmayılın evdə olmadığını gördüyünü, bu zaman səs gəldiyini eşitdiyini, səs gələn tərəfə getdiyini, həmin yerə çatan zaman İsmayılın həmkəndlisi Sərtiflə mübahisə etdiyini gördüyünü, həmin vaxt orada İsmayılın, onun həyat yoldaşının, İsmayılın qızının və tanımadığı bir qadının olduğunu, orada olan zaman təxminən 10-15 dəqiqə sonra Sərtifin anası Xalidənin gəldiyini, Xalidə gəldikdən sonra mübahisənin artmağa başladığını və savaşmağa başladıqlarını, həmin vaxt səsə gələn qonşularla birlikdə hər iki sakitləşdirdiklərini bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007847 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Şərur rayon Dərəkənd ərazisində həmkəndlisi kəndi sakini X2 döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şərur rayon Dərəkənd kənd sakini X1 bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 64 nömrəli ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alnında, almacıq, çənə, bel və kürək nahiyyələrində sıyrıqlar, başında şişkinlik, barmağında yara, qolunda qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2020ci il tarixdə saat 20:30 radələrində Şərur rayon Dərəkənd ərazisində həmkəndlisi kəndi sakini X2 döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə onun əməlini Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif edir. Lakin məhkəmə iclasında zərəçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-51/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-51/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver