Məhkəmə qərarları › İş №3(110)-51/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-51/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-51/2022 30.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1982-ci il tarixdə Şərur rayonu Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayonu Çomaxtur kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində kənd mərkəzində uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Çomaxtur kəndində yaşadığı həyətyanı sahədən çıxaraq kənd mərkəzinə gəldiyini, Çomaxtur kənd mərkəzində olarkən mobil telefonuna zəng gəldiyini, gizli nömrə ilə ona zəng vuran şəxsin o telefonu açdıqda cavab verməyərək telefonu söndürdüyünü, özü isə telefonu söndürdükdən sonra nalayiq ifadələr işlətməyə başladığını, bu zaman Çomaxtur kəndində xidmətdə olan polis əməkdaşının onlara yaxınlaşaraq uca səslə nalayiq ifadələr işlətməklə asayişi və ictimai qaydanı pozduğunu bildirərək onu polis idarəsinə dəvət etdiyini, onların bundan sonra Şərur Rayon Polis İdarəsinə gəldiklərini, tutduğu əməldən peşman olmadığını bildirərək, məhkəmədən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında xx.xx.2022-ci il tarixdə Çomaxtur kəndində xidmətdə olarkən saat 09:30 radələrində kənd mərkəzində Çomaxtur kənd sakinləri Şəxs və X1 uca səslə nalayiq ifadələr işlətdiyini gördüyünü, bu zaman həmin şəxslərə yaxınlaşaraq uca səslə ünvansız nalayiq ifadələr işlətməklə asayişi və ictimai qaydanı pozduqlarını bildirərək rəisiniə məruzə etməklə onların Şərur Rayon Polis İdarəsinə dəvət etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında Çomaxtur kəndində polis sahə müvəkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə 09:30 radələrində Çomaxtur kəndində xidmətdə olan polis nəfəri X5 ona məruzə edərək kənd mərkəzində Çomaxtur kənd sakinləri Şəxs və X1 uca səslə nalayiq ifadələr işlətməklə asayişi və ictimai qaydanı pozduqlarını məruzə etdiyini, həmin şəxslərin barəsində protokol tərtib etmək üçün Şərur Rayon Polis İdarəsinə dəvət etməsini tapşırdığını, barəsində protokol tərtib edilən şəxslərin kənddə müsbət xarakterizə edilmədiyini, əvvəllər də dəfələrlə xəbərdarlıq edildiyini, buna görə də bu dəfə barələrində protokol tərtib edildiyini bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilməli və həbsetmənin əvvəli qərarın çıxarıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar