Məhkəmə qərarları › İş №3(110)-51/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-51/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-51/2025 06.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin nümayəndəsi X7 və şikayət verən şəxs X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, ali təhsilli, işsiz, Şərur şəhərində qeydiyyatda duran və yaşayan X2 Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 25991653 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X1 MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən X8 şikayətində xx.xx.2025-ci il tarixdə Yol Patrul Xidmətinin inspektoru X9 tərəfindən barəmdə Azərbaycan Respublikası İXM-nin 346.2 və 332.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən 400 (dörd yüz) manat məbləğində cərimə edildiyini, o, Yol Patrul Xidmətinin inspektoru tərəfindən barəsində tərtib olunmuş inzibatı xəta haqqında protokolu və həmin protokol əsasında Naxçıvan MR BDYPİ-İ tərəfindən qəbul edilmiş qərarla razı olmadığını və həmin qərarı əsassız, qeyri-obyektiv və qanunazidd hesab etdiyini, belə ki, xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə əlaqədar bildirmək istədiyini ki, qeyd olunan tarixdə o Şərur rayon ərazisində olmadığını, nəqliyyat vasitəsini idarə etmədiyini və hər hansı inzibati xəta törətmədiyini, qeyd olunan nəqliyyat vasitəsi atası X4 məxsus olduğunu və nəqliyyat vasitəsini o idarə etdiyini, onun isə həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olduğunu, həmin tarixdə atası X10 nəqliyyat vasitəsini idarə edərkən inzibati xətanı törətdiyini, nəqliyyat vasitəsinin idarə olunmasına onun etibarnaməsi olduğundan elektron protokol onun adına tərtib edildiyini, o xx.xx.2025ci il tarixdə işdə olduğu üçün qeyd olunan inzibati xətanı törətmədiyini, Yol Patrul Xidmətinin İnspektoru tərəfindən xx.xx.2025-ci il tarixdə onun adına Azərbaycan Respublikası İXM-nin 346.2 və 332.3-cü maddələri ilə inzibati protokol tərtib edilməsini əsassız və qanunazidd hesab etdiyini və DİN-nin BYPİ-i tərəfindən barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X8 şikayət ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin nümayəndəsi X11 izahtında bildirmişdir ki, **-BF-*** dövlət qeydiyyat nişanlı, ZAZ LANOS TF 69YO66 MİNİK markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X10 xx/xx/2025-ci il tarixədək X5 həmin nəqliyyat vasitəsini idarəetmək hüququ vermişdir. xx.xx.2025-ci il tarixdə **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü durma qaydalarını pozmuş, həmçinin sürücü nəqliyyat vasitəsində olmamışdır. Bu faktı aşkar edən görə Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin inspektoru həmin nəqliyyat vasitəsinin şəkillərini çəkərək Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sisteminə yerləşdirilmişdir. X5 adına aktiv etibarnəmə olduğundan, eyni zamanda onun sürücülük hüququ məhdudlaşdırıldığından Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində texniki səhvlik olaraq X8 barəsində Azərbaycan Respublikasının İXM-nin 346.2 və 332.3-cü maddələri ilə elektron qərar tərtib edilərək, o, 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərara çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: - Naxçıvan MR Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli EQ 25991653 nömrəli İnzibati xəta haqqında elektron qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikasının İXM-in 346.2 maddəsi ilə inzibati məsiliyyətə cəlb edilmişdir; - AE № 045681 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı, ZAZ LANOS TF 69YO66 MİNİK markalı nəqliyyat vasitəsi X3 adına qeydiyyata alınmışdır. - Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X10 mülkiyyətində olan ZALL LANOS FT 69 YO66 MİNİK markalı nəqliyyat vasitəsi xx/xx/2025-ci il tarixədək X5 nəqliyyat vasitəsini idarəetmək hüququ vermişdir. Məhkəmə şikayət verən şəxsin izahatlarınıı iş materiallarına əlavə olunmuş sənədlərlə qarşılıqlı qiymətləndirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Naxçıvan MR Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli EQ 25991653 nömrəli İnzibati xəta haqqında elektron qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikasının İXM-in 346.2 və 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Lakin məhkəmə iclasında iştirak edən şikayət verən şəxsin və Naxçıvan MR Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin nümayəndəsinin izahatından da görünür ki, X8 həmin gün ZALL LANOS FT 69 YO66 minik markalı nəqliyyat vasitəsini idarə etməmiş, onun adına aktiv etibarnəmə, eyni zamanda onun sürücülük hüququ məhdudlaşdırıldığından Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində texniki səhvlik olaraq Azərbaycan Respublikasının İXM-nin 346.2 və 332.3-cü maddələri ilə elektron qərar tərtib edilərək, o, 400 manat məbləğində inzibati qaydada cərimə edilmiş, bununlada inzibati xəta haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; -8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; -48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; -128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; -133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır; -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, məhkəmə yuxarıda qeyd edilənləri və iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 25991653 inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128-136cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 25991653 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar