Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-52/2022 01.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsinin X4n daxil olmuş, xx.xx.1968-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaqlı, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu Qarxun kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: xx.xx.2022-ci il tarixdə X4 polis əməkdaşları tərəfindən aparılmış axtarış zamanı Şərur rayon Qarxun kənd sakini Şəxs üzərindən narkotik vasitəyə bənzər bükülü maddə aşkar edilmiş, həmin götürülmüş 0.245 qram bitki mənşəli kütlənin ekspert rəyi ilə qurudulmuş marixuana olduğu müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmədə iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli sayaraq vermiş olduğu izahatında, xx.xx.2022-ci il tarixdə Sədərək-Naxçıvan yolu üzərində əkin sahəsini suvardığını, həmin zaman yol kənarında bir türk yük maşının durduğunu gördüyünü, oraya yaxınlaşdığı zaman maşının təkəri dəyişməyə çalışdığını, türkə kömək edərək təkəri dəyişdirdiklərini, sonra bir yerdə çay içməyə dəvət etdiyini, çay içdikləri zaman ondan əvvələr narkotik vasitə istifadə edib-etmədiyini soruşduğunu, onun da 4-5 il bundan əvvəl istifadə etdiyini bildirdiyini, türkün də ona bir ağ kağızda bir az marixuana verdiyini, gömrükdən geri apara bilməyəcəyini dediyini, əkin sahəsini suvarıb evə gəldikdən sonra yorğun olduğundan yatdığını, ertəsi gün marixuananı istifadə etmək üçün yer axtardığında Ələkli kəndində olan ərik bağı yadına düşdüyünü, həmin yerə gedərkən Ələkli kəndində təxminən saat 15:00 radələrində polislərin ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etdiklərini, bölməyə çatdıqdan sonra iki nəfərinin iştirakı ilə üzərinə baxış keçirilən zaman narkotik vasitənin aşkar edilərək götürüldüyünü, hal şahidlərinin iştirakı ilə çəkilərək qablaşdırdıqlarını və çəkisinin 0.245 qram olduğunu bildirərək hazırda tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində yüngül tənbeh verilməsi barədə qərar verilməsini xahiş etdi. Həmçinin Şəxs verilən suallara cavabında 2007-ci ildə narkotik vasitənin istehlakına görə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunduğunu, 3 il azadlıqdan məhrum olunduğunu, lakin hazırda məhkumluğunun ödənildiyini bildirmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X3 vermiş olduğu izahatında, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində iş yoldaşı İbrahimlə birlikdə X5 yaxınlığında olarkən İbrahimə telefon vasitəsilə məlumat daxil olduğunu, həmin məlumata əsasən deyilən yerə getdiklərini, Ələkli kəndində dəmiryolunun arxasındakı bağa çatdıqlarında bir nəfər şəxsin orada olduğunu gördüklərini, ondan orada nə etdiyini soruşduqlarını, onun da Qarxun kənd sakini Şəxs olduğunu bildirdiyini, həmin şəxsi X8 gətirdikdən sonra 2 nəfər hal şahidinin iştirakı ilə üzərinə baxış keçirildiyini, axtarış zamanı ön sağ cibindən bir ədəd ağ kağıza bükülmüş bükülünü aşkar edilərək götürüldüyünü, həmin bükülünün içində yaşıl rəngli xüsusi iyə malik maddə müəyyən olunduğunu, onun tərkibinin müəyyənləşdirilməsi üçün Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyini, həmin şəxsin narkotik maddədən istifadə edib-etməməsini müəyyən etmək məqsədilə Y.Budaqov adına Naxçıvan MR X2 göndərildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X10 vermiş olduğu izahatında, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində kəndin polis sahə inspektorunun ona zəng edərək onu X8 dəvət etdiyini, oraya gedən zaman orada olan bir nəfər şəxsi ona göstərərək onu tanıyıbtanımadığını soruşduğunu, həmin şəxsi əvvəlcədən tanımadığını bildirdiyini, polislər həmin şəxsin - Şərur rayon Qarxun kənd sakini Şəxs üzərində axtarış aparılacağını bildirdiklərini, ona hüquq və vəzifələri izah edilərək şəxsin üzərində axtarış aparıldığını, Şəxs sağ cibindən ağ kağıza bükülü aşkar edilərək götürüldüyünü, həmin bükülünün içində yaşıl rəngli, bitki mənşəli maddənin götürüldüyünü, həmin maddənin tərəzidə çəkilərkən 0.245 qram olduğunu və sarı rəngli zərfə qoyularaq möhürləndiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X6 şahid Ə.Səfərov ilə eyni məzmunlu izahat verərək onun bildirdiyi xüsusatları təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, Şəxs üzərində xx.xx.2022-ci il tarixdə saat 16:00-da hal şahidlərinin iştirakı ilə axtarış aparılmış, onun üzərində aşkar olunmuş yaşıl rəngli narkotik vasitəyə oxşar bitki olan bir büküm maddə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 174 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “29 iyun 2022-ci il tarixdə Şərur rayon Qarxun kənd sakini Şəxs üzərindən götürülmüş” sözlər və imzalar olan bir ədəd kağız zərfin içərisindəki, papirosa doldurulmuş, tütünlə qarışığını ayırdıqdan sonra, təmiz çəkisi – 0,245 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kutsar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2022-ci il tarixli 1/55 saylı məktubundan görünür ki, Şəxs heç bir abstinensiya əlaməti olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30-da tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 14:00-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,215 qram olan qurudulmuş marixuana, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İnzibati xəta üzrə maddi sübut olan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılan, təmiz çəkisi - 0,245 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,215 qram olan çətənə (kannabis) bitkisindən kutsar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 29 iyun 2022-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. İnzibati xəta üzrə maddi sübut olan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,215 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-52/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-52/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver