Məhkəmə qərarları › İş №3(110)-52/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-52/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-52/2023 02.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli № 44-7/2-3003 nömrəli məktubla məhkəməyə göndərilmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar Şərur Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ polis baş leytenantı tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 04 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli № 44-7/2-3003 nömrəli məktubla aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlirəm ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-in 329.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul edilmişdir. Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün 04 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Sənədlər düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan Şərur Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 3(110)-91/2022 saylı qərardadı ilə 04 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilmiş və inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin xx.xx.2023-cü il tarixli № 44-7/2-3003 nömrəli məktubla yenidən məhkəməyə müraciət edərərk məktubunda Şərur Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 3(110)-91/2022 saylı qərardadında qeyd olunan çatışmamazlıqların aradan qaldırıldığını, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol toplanmış materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərildiyini qeyd etmişdir. Məhkəmə tərəfindən inzibati material araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Şərur Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 3(110)-91/2022 saylı qərardadında qeyd olunan çatışmamazlıqların aradan qaldırılmadan vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün yenidən məhkəməyə göndərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə müvafiq inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında Qərar iş materiallarına əlavə edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati protokolun icraata qəbul edilməsindən imtina edilməli və inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 138.1 və 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir; - 109.1 və 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 04 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun icraata qəbul edilməsindən imtina edilsin və inzibati protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar