Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-53/2020 31.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 oğlunun katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1994-cü ildə Şərur rayon Qortçulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Şərur rayon Yuxarı Aralıq kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq müəyyən etdim: Şəxs barəsində Şərur rayon Polis Şöbəsi İbadulla Polis bölməsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 1430 radələrində Şərur rayon Xanlıqlar kəndi ərazisində üzərindən 0.121 qram heroin aşkar edilərək götürülmüşdür, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə iştirak edən inzibati xəta törətmiş Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında, uzun müddət Türkiyə Respublikasında yaşadığını, həmin dövrlərdə narkotik vasitədən istifadə etməyə başladğını, təxminin iki ilə yaxındır ki, Şərur rayonuna qayıtdığını, burada olduğu müddət ərzində də 2-3 dəfə İran İslam Respublikasına getdiyini, orada narkotik vasitələrdən istifadə etdiyini, orada olan zaman Kərim adlı İran vətəndaşı ilə tanış olduğunu, Kərimin ona sürücü olduğunu bildirdiyini, Naxçıvana gələn zaman ona mal gətirəcəyini dediyini, sonra xəstəliklə bağlı yollar bağlandığından bir müddət Kərimlə əlaqəsinin kəsildiyini, xx.xx.2020-ci il tarixdə səhər saatlarında ona zəng gəldiyini, telefonu açan zaman həmin şəxsin Kərim olduğunu öyrəndiyini, ona “Naxçıvandayam, səninlə görüşmək istəyirəm” dediyini, təxminən saat 1430 radələrində Danyeri kəndi ərazisində keçən asfalt yolda onu gözləyərkən böyük bir yük maşınının dayandığını, Kərimin həmin maşından yerə düşdüyünü, görüşüb hal-əhval tutduqdan sonra onun gödəkcəsinin cibindən gümüşü rəngdə bir büküm çıxarıb ona verdiyini, həmin gümüşü rəngli bükümü geyindiyi göy rəngli cins şalvarın sol yan cibinə qoyduğunu, sonra Kərimi yola saldığını, “Danyeri” adlanan yanacaq doldurma məntəqəsinə gedən zaman yolda İbadulla Polis bölməsinin əməkdaşlarının yaxınlaşaraq üzərində şəxsi axtarış aparmaq üçün İbadulla Polis bölməsinə apardıqlarını, orada tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış keçirildiyini, axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən həmin büküm aşkar edilərək götürüldüyünü, daha sonra həmin bükümün zərfə qablaşdırılaraq, zərfin üzərinin imzalandığını, barəsində protokol tərtib edildiyini, iştirakçılar tərəfindən protokolun imzalandığını qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X8 vermiş olduğu izahatında, xx.xx.2020-ci il tarixdə Şərur rayon Xanlıqlar kəndində mağazanın önündə olan zaman İbadulla Polis bölməsinin əməkdaşlarının ona yaxınlaşaraq, ondan hal şahidi qismində iştirak etməsini xahiş etdiklərini, o da onların xahişini qəbul edərək, İbadulla Polis bölməsinə getdiyini, orada olan zaman sonradan adını öyrəndiyi Seyfəddin Novruzov adlı şəxsin gətirildiyini, hər ikisinə hüquq və vəzifələrinin izah olunduğunu, sonra onlara Şəxs adlı bir şəxsin təqdim edildiyini, onların iştirakı ilə həmin şəxsin üzərində şəxsi axtarış keçirildiyini, axtarış zamanı onun əynindəki göy rəngli şalvarın sol yan cibindən gümüşü rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürüldüyünü, həmin büküm onların iştirakı ilə açılan zaman içərisindən qəhvəyi rəngli toz şəkilli maddə müşahidə edildiyini, sonra həmin bükümün ağ rəngli zərfin içərisinə qablaşdırıldığını, həmin zərfin üzərinin onlar tərəfindən imzalandığını bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X5 da, şahid X4 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürülmüş, həmin büküm hal şahidlərinin iştirakçılıqları ilə müvafiq qaydada ağ rəngli zərfə qabalaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 1530-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur RPŞ İbadulla Polis bölməsinin PPXT-nin komandiri polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007897 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 1430 radələrində Şərur rayon Xanlıqlar kəndi ərazisində Şəxs üzərindən 0.121 qram heroin aşkar edilərək götürülmüşdür, bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 145/20 nömrəli ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş kağız zərfin içərisindəki gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0.121 qram, açıq qəhvəyi rəngdə olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 145/20 nömrəli məktubundan görünür ki, təmiz çəkisi 0.071 qram narkotik vasitə heroin “Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə X3 Obyekti №3” möhürü ilə möhürlənmiş və qablaşdırılmış vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 609 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2020-ci il tatixdə dispanserdə müayinə olunmuş, onda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 33.1.2-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən il ərzində təkrar törətdiyinə görə məhkəmə bu halı məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 2 (iki) ay müddətinə inzibati həbs olunmalı və inzibati həbsin əvvəli X2 inzibati qaydada tutulduğu xx xxxxxx 2020-ci il tarixdən saat 1530-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh növü tətbiq edərkən belə hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 2 (iki) ay müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 1530-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. İnzibati xəta üzrə maddi sübut olan ekspert tədqiqatından sonra xalis çəkisi 0.071 (sıfır tam mində yetmiş bir) qram olan narkotik vasitə - heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-53/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-53/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver