Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-53/2022 02.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1989-cu il tarixdə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində Şərur şəhəri H.Əliyev prospektində ictimai yerdə səs-küy salaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində evdə həyat yoldaşı ilə mübahisə etdiyini, bu səbəbdən də evdən əsəbi halda çıxdığını, özünə məxsus avtomobili ilə H.Əliyev prospektinə gəldiyini, avtomobildən düşərək, bir siqaret çəkdiyini, yenə özünü saxlaya bilməyərək ucadan nalayiq ifadələr işlətməyə başladığını, uca səslə danışdığından xidmətdə olan polis əməkdaşının ona yaxınlaşaraq uca səslə nalayiq ifadələr işlətməklə asayişi və ictimai qaydanı pozduğunu bildirərək onu polis idarəsinə dəvət etdiyini, bundan sonra Şərur Rayon Polis İdarəsinə gəldiklərini, tutduğu əməldən peşman olmadığını bildirərək, məhkəmədən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən saat 10:30 radələrində yaxınlığında göy rəngli Vaz-2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil saxladığını, biraz keçdikdən sonra həmin şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini gördüyünü, bu zaman həmin şəxsə yaxınlaşaraq uca səslə nalayiq ifadələr işlətməklə asayişi və ictimai qaydanı pozduğunu, ətrafda olan qadınların narazılığına səbəb olduğunu bildirərək rəisi X4 məruzə etməklə onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiyini bildirdi. Verilən suallara cavabında həmin vaxt ərazidə daha 3 nəfər gənc qadın olduğunu, lakin şəxsin öz əməlini etiraf etməsi və həmin qadınların xahişini nəzərə alaraq onları Şərur Rayon Polis İdarəsinə şahid kimi ifadə vermək üçün dəvət etmədiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında Şərur şəhərində polis sahə müvəkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə 10:30 radələrində Şərur şəhərində xidmətdə olan polis nəfəri X2 ona məruzə edərək H.Əliyev prospektində Şərur şəhər sakini Şəxs uca səslə nalayiq ifadələr işlətməklə asayişi və ictimai qaydanı pozduğunu məruzə etdiyini, həmin şəxsin barəsində protokol tərtib etmək üçün Şərur Rayon Polis İdarəsinə dəvət etməsini tapşırdığını, barəsində protokol tərtib edilən şəxsin ərazidə müsbət xarakterizə edilmədiyini və buna görə də barəsində protokol tərtib edildiyini bildirdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilməli və həbsetmənin əvvəli qərarın çıxarıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-53/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-53/2022
02.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver