Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-54/2020 23.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs və X3 iştirakları ilə, xx.xx.1965-ci ildə Şərur rayon Dərvişlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, işsiz, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Dərvişlər kəndində qeydiyyatda duran və yaşayan X4, xx.xx.1968-ci ildə Şərur rayon Dərvişlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, Şərur rayon X11 metodist vəzifəsində işləyən, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Dərvişlər kəndində qeydiyyatda duran və yaşayan Şəxs və xx.xx.1988-ci ildə Şərur rayon Xanlqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda duran və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş X4, Şəxs və X3 barələrində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokollar tərtib edilmişdir ona görə ki, onlar, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Şərur rayon X11 birlikdə qumar oynamışlarbununla da onlar, Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsinin tələbini pozmuşlar. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatinda Şərur rayon Dərvişlər kəndində ailə üzvləri ilə birlikdə yaşadığını, xx.xx.2020-ci il tarixdə onun idman kompleksində işdə olduğunu, təxminən saat 16:30 radələrində həmkəndlisi X4 onun yanına gəldiyini, onun telefonunun Rasimdə olduğunu, Rasimin onun telefonunu gətirib verdiyini, onların komplesin həyətində oturduqlarını, bir az keçmişdi kirvəsi X12 ona zəng vuraraq idman kompleksinə hovuzda çimməyə gələcəklərini bildirdiyini, onun da kirvəsinə gəlin işdəyəm dediyini, bu zaman Raminin və yanında tanımadığı bir nəfərin əllərində pivə ora gəldiklərini, onun burda pivə içmək olmaz heç olmasa keçin içəridə için dediyini, bundan sonra onların dördünün də içəri keçdiklərini, onun iş otağında pivə içdiklərini, daha sonra içkinin təsirindən kart oynamağa başladıqlarını, Raminin oynamadığını, pulunun olmadığını bildirdiyini, onların üçünün yəni onun Rasimin və tanımadığı şəxsin qumar (kart) oynadıqlarını, oynayarkən yuxarı pəncərədən Şərur rayon Polis şöbəsinin əməkdaşı Cabbarın onlara baxdığını, onların durub qaçmaq istədiklərini, bu zaman qapıda iki polis əməkdaşının da durduğunu, polis əməkdaşlarının onları polis şöbəsinə dəvət etdiklərini, barələrində inzibati protokol tərtib etdiklərini, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs X10 izahatinda xx.xx.2020-ci il tarixdə təxminən saat 13:15 radələrində onun əvvəlcədən tanıdığı Şərur rayon Arpaçay kənd sakini Ramin adlı şəxsə zəng vurub Türkiyə Respublikasına getmək istəyirəm pulum çatmır mənə 150 (bir yüz əlli) manat borc pul ver dediyini, Raminin ona gəl verim dediyini, onun yol maşını ilə Arpaçay kəndində gəldiyini, Ramin Əliyevin yaşadığı evə getdiyini, görüşərək pulu ondan aldığını, sonra aerokassaya bilet almağa getdiyini, lakin aerokassanı bağlı olduğunu, yoldan bir neçə dənə pivə adıqlarını, hovuzda çimmək üçün idman kompleksinə getdiklərini, orada sonradan adlarını bildiyi Rasim Cəlilov və Şəxs oturub çay içdiklərini gördüyünü, Şəxs onlara burada pivə içmək olmaz keçin içəridə için dediklərini, onların içəri keçdiklərini, şkafın gözündə bir paçka kartın olduğunu, Şəxs orada olan kartı ortalığa atdığını və paylamağa başladığını, onun Şəxs və Rasim Cəlilovun oyun oynamağa başladıqlarını, orada olan Ramin Əliyevin mən oynamıram dediyini, digər üç nəfərin bir neçə oyun təxminən 6-7 oyun oynadıqlarını, oyun müddəti təxminən 15 manat pulun ortada olduğunu, daha sonra İbadulla Polis bölməsinin əməkdaşlarının içəri daxil olduqdalarını və ortada olan kart və 15-20 manat pulu götürdüklərini, onları polis şöbəsinə dəvət etdiklərini, barələrində inzibati protokol tərtib etdiklərini, əməlindən peşman olduğunu bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda işə baxılmasının təxirə salmaq haqqında vəsatəti daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə daxil olmuş məlumat əsasında Şərur şəhərində yerləşən İdman kompleksinin binasında Şərur rayon sakinləri X4, Şəxs və X3 qumar oynadıqlarının onlar tərəfindən aşkar edildiyini, həmin şəxslərin saxlanılarkən 34 ədəd kart və 22 manat pulun maddi sübut kimi aktlaşdırılaraq götürüldüyünü, müvafiq qaydada sarı rəngli zərfə qablaşdırıldığını, həmin zərfin üzərinin iştirakçılar tərəindən imzalandığını bildirdi. Məhkəmə iclasında iştirak etməyən inzibati xəta törətmiş şəxs X4 iş materiallarında olan izahatı məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, o izahatında xx.xx.2020-ci il tarixdə saat təxminən 16:15 radələrində Şərur rayon idman kompleksinin işçisi və uşaqlıqdan dostu olan Şəxs onun mobil telefonuna zəng vuraraq hər zamankı kimi onu çay içməyə dəvət etdiyini, onun evdə çıxıb Calalın yanına getdiyini, çay içib söhbət etdiklərini, təqribən 2-3 saat sonra qonşu kənddən olan Ramin və yanında tanımadığı bir şəxsində onların yanına gəldiyini, onların əllərində pivə olduğunu, Calalın gələn yoldaşlara kamera var həyətdə pivə içməyin keçin içərinə için dediyini, onların da içəri keçib idman ləvazimatları saxlanılan yerdə otaqda oturduqlarını, sonra Calal və onun çay içdikləri stəkanı və çayniki götürüb həmin otağa keçdiklərini, ona da pivə təklik edildiyini, onun özünündə pivə içdiyini, sonra yoldaşların bəlkə bir oyun kart oynayaq dediklərini, onun, Calalın və sonradan adını bildiyi Natiq adlı şəxsin iki üç oyun kart oynadıqlarını, qalxmaq istədiklərində polislərin gəlib onları tuturaq polis şöbəsinə apardıqlarını bildirmişdir. Məhkəmə barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X4 iş materialında olan etirafedici izahatını, eyni zamanda Şəxs və X3 məhkəmə iclası zamanı verdikləri etirafedici izahatlarını, şahidin izahatını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, X4, Şəxs və X3 əməlləri düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 525-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, X13, Şəxs və X10 xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Şərur rayon idman kompleksində qumar oynamışlar, bununla da onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. Ona görə də X13, Şəxs və X10 həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İş materialında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Şərur rayon idman kompleksindən 34 ədəd kağız kart və 22 manat pul əskinazları götürülmüş və bu barədə akt tərtib edilmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli 007898 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 Cəlal Məmməd oğlu və X13 ilə birlikdə qumar oynamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsinin İbadulla Polis bölməsində Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli 007899 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Cəlal Məmməd oğlu və X10 ilə birlikdə qumar oynamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsinin İbadulla Polis bölməsində Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli 007900 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X13 və X10 ilə birlikdə qumar oynamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsinin İbadulla Polis bölməsində Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X4, Şəxs və X3 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onlar barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən X4, Şəxs və X3 törətdikləri inzibati xətanı izahatlarında səmimi etiraf etmələrini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X4, Şəxs və X3 əməllərində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxslərin şəxsiyyətini, onların təqsirlərinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X13, Şəxs və X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti- oyun ləvazimatları olan 34 ədəd kartlar və qumara qoyulmuş 22 manat pulmüsadirə edilməklə inzibati qaydada cərimə olunmalıdırlar. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxslər X13, Şəxs və X10 Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinsinlər və oyun ləvazimatları olan 34 ədəd kartlar, habelə qumaraqoyulmuş 22 (iyirmi iki) manat pul vəsaitləri müsadirə edilməklə, hər biri 400 (dörd yüz) manat məbləğində cərimə edilsinlər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-54/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-54/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver