Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-54/2021 27.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 08.05.1979-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 5 uşaqlı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şərur rayonu, Qışlaqabbas kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-248/2020 saylı 18.05.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs üç uşağın saxlanması üçün hər ay 300 manat məbləğində aliment alınaraq X1 xeyrinə və 2(110)-196/2021 saylı 02.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 5680 manat alınaraq X4 xeyrinə ödənilməsi göstərilməsinə baxmayaraq, Şəxs icra sənədlərinin icrasından üzürsüz olaraq boyun qaçırmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, şahid və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında X3 aliment, X5 isə pul borcu olduğunu, borc məbləğinin tam olaraq bilmədiyini, pandemiya ilə əlaqədar 5 aydır ki, iş yerləri bağlandığından işləmədiyini, buna görə də borcundan heç ödəniş edə bilmədiyini, borcunu ancaq 2-3 aydan sonra ödəməyə imkanının olacağının, buna isə tələbkarların razı olmadığını, buna görə də izahatında göstərilənləri nəzərə alıb məhkəmədən onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatı: Məhkəmədə şahid qismində dindirilən Şərur Rayon Məhkəməsnin İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Arif isa oğlu izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-248/2020 saylı 18.05.2020-ci il tarixli icra sənədi Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edildiyini, onunla telefonla əlaqə saxlanıldığını, borclu qeydiyyatda olduğu yer üzrə yaşamadığından onun barəsində polisə axtarış verildiyini, axtarış nəticəsində şəxsin Naxçıvan şəhərindən tutularaq Şərur Rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyini, məhkəmə qərarının icrasından yayınmanın nəticələrinin ona izah olunduğunu, 27.07.2021-ci il tarixdə onun izahatının alındığını, borclunun səhlənkarlığı nəticəsində haliyədə borclunun 2(110)-248/2020 saylı 18.05.2020ci il tarixli icra sənədi üzrə olan 2100 manat məbləğində aliment borcundan heç ödəniş etmədiyini, Bayramovun əvvəllər də aliment ödəmədiyi üçün icraatında olmuş icra işi üzrə cinayət məsuliyyətinə cəlb olunduğunu, şərti olaraq azadlıqdan məhrum edildiyini, barəsində seçilmiş sınaq müddətinin başa çatdığını, ümumiyyətlə Şəxs məsuliyyətsiz olduğunu, barəsində olan icra sənədlərinin icrasında maraqlı olmadığını, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şərur Rayon Məhkəməsnin İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 196/2021 saylı 02.04.2021-ci il tarixli icra sənədi Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs ilə telefonla əlaqə saxlanıldığını, məhkəmə qərarının icrasından yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin sonradan onun telefonuna zəng çatmadığını və onunla əlaqə yarada bilmədiyini, borclu tutularaq icra şöbəsinə gətirildiyini, 27.07.2021-ci il tarixdə onun izahatının alındığını, 2(110)-196/2021 saylı 02.04.2021-ci il tarixli icra sənədi üzrə isə 5680 manat borcundan heç ödəniş etmədiyini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-248/2020 saylı 18.05.2020-ci il tarixli və 2(110)-196/2021 saylı 02.04.2021-ci il tarixli icra vərəqələrinin surətindən görünür ki, borclunun 2100 manat məbləğində aliment borcu və ödənilməmiş 5680 manat borcu vardır. İş materiallarında olan 20.05.2020-ci il tarixli və 19.05.2021-ci il tarixli icraata başlama haqqında qərarlardan və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan 04.06.2021-ci il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclunun axtarışı elan edilmişdir. İş materiallarında olan 27.07.2021-ci il tarixli 568 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq bu cür hərəkəti davam etdirməsi Şəxs əməlini ağırlaşdıran hal hesab olunur. İş üzrə məsuiyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 27.07.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-54/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-54/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver