Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-54/2024 19.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1984 ildə Şərur rayon Ərəbyengicə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayon, Ərəbyengicə kəndində qeydiyyatda duran, Şərur rayon, Ərəbyengicə kəndində yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, 015849 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, borclu Şərur Rayon Məhkəməsinin 2(110)-296/2021 saylı xx.xx.2021-ci il tarixli aliment tələbi üzrə 5100 manat və 2(110)-846/2018 saylı xx.xx.2018-ci il tarixli pul tələbi üzrə 1619.28 manat olmaqla ümumilikdə 6719.28 manat borcunu ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədləri barədə xəbərdar olduğunu, atasının uzun müddət xəstə olduğunu, onun müalicə etdirdiyini, sonda rəhmətə getdiyini, artıq xeyli müddətdir ki, anasının xərçəng xəstəsi olduğunu, onu Türkiyədə müalicə etdirdiyini, ona görədə icra sənədləri üzrə borclarını ödəyə bilmədiyini, alimentlə bağlı icra sənədi üzrə 5100 manat olan borcundan 1000 manat ödədiyini, digər icra sənədi üzrə olan borcundan isə 300 manat ödədiyini, Bakı şəhərində ona iş təklif etdiklərini, 3 ay müddətinə qalan borcunu tam şəkildə ödəyəcəyini, adına daşınar və ya daşınmaz əmlakın olmadığını qeyd edərək, məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-296/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Ərəbyengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat miqdarında alimentin tutularaq iddiaçı Şərur rayon İbadulla kəndində yaşayan X8 ödənilməsi qət edildiyini, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-846/2018 saylı 12 dekabr 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şərur Şərur rayonu Ərəbyengicə kəndində anadan olan və qeydiyyatda duran xx.xx.1984-cü il təvəllüdlü Şəxs 1471.61 manat əsas, 127.67 manat faiz, cəmi 1599.28 (bir min beş yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu pulun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinin əmr edildiyini, icra sənədlərii üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişlər göndərildiyini, icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildirişlər göndərildiyini, onun barəsində axtarış qərarı çıxarıldığını, xx.xx.2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşlarının onu Şərur rayon İcra və Probasiya gətirərək təhvil verdiklərini aliment borcundan hal hazırda 1000 manat ödədiyini, həmin məbləği tələbkar X1 köçürdüklərini, Banka olan pul borcundan isə 300 manat ödədiyini, həmin pulun tələbkara göndərilməsi üçün Bankdan hesab nömrəsi istədiklərini, tələbkar hesab nömrəsini onlara göndərən kimi həmin pulu da digər tələbkarın hesabına ödəyəcəkllərini, tələbkarların tez-tez zəng edərək borcların ödənilməsini tələb etdiklərini, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-296/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Ərəbyengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat miqdarında alimentin tutularaq iddiaçı Şərur rayon İbadulla kəndində yaşayan X8 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-846/2018 saylı 12 dekabr 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şərur Şərur rayonu Ərəbyengicə kəndində anadan olan və qeydiyyatda duran xx.xx.1984-cü il təvəllüdlü Şəxs 1471.61 manat əsas, 127.67 manat faiz, cəmi 1599.28 (bir min beş yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu pulun alınaraq Bakı şəhəri, C. Məmmədquluzadə küçəsi 85, 192/193, AZ 1078-də yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Kod: 507699, Vöen: **********, Müxbir hesab AZ02NABZ********************, S. W. İ. F. T Bik: AZRTAZ22 saylı hesabına ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli borclunun axtarışı haqqında qərardad görünür ki, borclu xx.xx.1984-cü il təvəlüdlü Şərur rayonu, Ərəbyengicə kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 015849 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-296/2021 saylı xx.xx.2021ci il tarixli aliment tələbi üzrə 5100 manat və 2(110)-846/2018 saylı xx.xx.2018-ci il tarixli pul tələbi üzrə 1619.28 manat olmaqla ümumilikdə 6719.28 manat borcunu ödəməkdən yayındığından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olanxx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 1000 (bir min) manat məbləğində pul MilliÖN elektron ödəmə sistemi Terminalı vasitəsilə tələbkar X1 köçürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi, borcunu üzrsüz səbəbdən ödəməməsi halları müəyyən edilmir. Ona görə də borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-54/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-54/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver