Məhkəmə qərarları › İş №3(110)-55/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-55/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-55/2020 16.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs və X7 iştirakları ilə, xx.xx.1995-ci ildə Şərur rayon Ələkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Ələkli kəndində qeydiyyatda duran və yaşayan Şəxs və xx.xx.1994-cü ildə Şərur rayon Ələkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Ələkli kəndində qeydiyyatda duran və yaşayan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs və X7 barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokollar tərtib edilmişdir ona görə ki, onlar, xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:10 radələrində Şərur rayon Ələkli kənd sakini Şəxs məxsus olan yaşayış evində birlikdə qumar oynamışlarbununla da onlar, Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsinin tələbini pozmuşlar. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Şərur rayon Ələkli kəndində yaşadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:35 radələrində həmkəndlisi X7 ona zəng edərək gəl bizdə biraz kart oynayaq dediyini, o da cavab olaraq ona gələcəyini dediyini və Elçin Həsənovun yaşadığı evə getdiyini, Elçin Həsənovun yaşadığı evdə heç kəs olmadığı üçün yaşadıqları otaqda oturduqlarını, bir neçə oyun oynadıqlarını, oyun müddəti ortada 15-17 manat pulun olduğunu, bir az sonra İbadulla Polis bölməsinin əməkdaşlarının gəldiyini və ortalıqda olan pulu və oyun üçün istifadə olunan kartı götürdüklərini, daha sonra zərfə qoyaraq qablaşdırıldıqdan sonra onlar tərəfindən imzalandığını, sonra onları polis bölməsinə dəvət etdiklərini bildirərək, tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs X12 izahatinda göstərmişdir ki, Şərur rayon Ələkli kəndində yaşadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:35 radələrində həmkəndlisi Şəxs zəng edərək ona gəl bizim evdə qumar oynayaq təklifini etdiyini, Şəxs onun təklifini qəbul edərək gələcəyini dediyini, təxminən 5-10 dəqiqə sonra gəldiyini, yoldaşının evdə olmadığından evin boş olduğunu, Şəxs evdə oynayaq dediyini və otağa keçdiklərini, bir neçə oyun oynadıqlarını, oyun müddəti ortalıqda olan pulun təxminən 17 manat olduğunu, sonra İbadulla Polis bölməsinin əməkdaşlarının içəri girdiyini, ortalıqda olan pulu və oyun üçün istifadə olunan kartı götürdüklərini, daha sonra zərfə qoyaraq qablaşdırıldıqdan sonra onlar tərəfindən imzalandığını, sonra onları polis bölməsinə dəvət etdiklərini bildirərək, tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Xanlıqlar kəndində xidmətdə olan zaman əməliyyat məlumatı əsasında tağım komandiri polis baş leytenantı X8 və manqa komandiri polis baş serjantı X5 ilə birlikdə Ələkli kənd sakini X10 məxsus olan yaşayış evinə getdiklərini, həmin evdə getdiklərində orada ev sahibindən əlavə başqa bir nəfərin də olduğunu, həmin şəxsin sonradan adını bildiyi Şəxs olduğunu, onların birlikdə qumar oynadıqlarını, sonra onların oynadıqları kartı və ortalıqda olan pulları akt tərtib edərək polislər tərəfindən maddi sübut üçün götürüldüyünü bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X5 da, şahid X3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqlədi Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs və X7 etirafedici izahatını, şahidlərin izahatını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs və X7 əməlləri düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 525-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs və X12 xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:35 radələrində Ələkli kəndində X10 məxsus olan evdə qumar oynamış, bununla da onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. Ona görə də Şəxs və X12 həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə- oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İş materialında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X7 yaşadığı evdən 36 ədəd kağız kart və 17 manat pul əskinazları götürülmüş və bu barədə akt tərtib edilmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli 007951 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X12 ilə birlikdə qumar oynamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsinin İbadulla Polis bölməsində Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli 007952 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 Eltac İlyas oğlu ilə birlikdə qumar oynamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsinin İbadulla Polis bölməsində Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X7 və Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onlar barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən Şəxs və X2 peşmançılıqlarını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X7 əməllərində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxslərin şəxsiyyətini, onların təqsirlərinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs və X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti - oyun ləvazimatları olan 36 ədəd kartlar və qumara qoyulmuş 17 manat pulmüsadirə edilməklə inzibati qaydada cərimə olunmalıdırlar. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş şəxslər Şəxs və X12 Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinsinlər və oyun ləvazimatları olan 36 ədəd kartlar, habelə qumara qoyulmuş 17 (on yeddi) manat pul vəsaitlərii müsadirə edilməklə, hər biri 400 (dörd yüz) manat məbləğində cərimə edilsinlər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar