Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-55/2021 27.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1989-cu Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 26.07.2021-ci il tarixdə saat 01:30 radələrində Şərur şəhəri Kapitan Seyidov küçəsində səs-küy salmış, ictimai qaydanı pozmuş, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 25.07.2021-ci il tarixdə pivə içmək üçün “Şərur” restoranına getdiyini, əvvələr münasibətdə olub tanıdığı “Çiçək” adlı qadının onun əyləşdiyi masaya yaxınlaşaraq nə içəcəyini soruşduğunu, onun da Çiçəyə başqa adamın onun masasına baxmasını istədiyini dediyini, 5-6 bakal pivə işdikdən sonra taksi çağıraraq evə getmək istədiyini, taksi gələnədək bir az piyada getdiyini, taksiyə yeni əyləşdiyi zaman Çiçək ona zəng edərək onu təhqir etməyə başladığını, onun da hirslənərək taksi ilə Şərur şəhərinə Çiçəyin yaşadığı ünvana getdiyini, küçədə Çiçəklə mübahisə etdiyi zaman həmin ərazidə xidməti vəzifəsini icra edən polis əməkdaşlarının ona yaxınlaşaraq onu nizam intizama dəvət etdiklərini, lakin əsəbi və içkili olduğu üçün polis əməkdaşlarının tələbinə məhəl qoymadığını, bu səbədən də onun Şərur Rayon Polis Şöbəsinə aparılaraq izahatının alındığını, tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X5 izahatında ərinin Türkiyədə olduğunu, özünün isə Şərur şəhərində kirayə yaşadığını, burada yaşadığı müddətdə Düdəngə kənd sakini Şəxs ilə tanış olduğunu, Hüseynin taksi işlətdiyi üçün onunla daima bir yerdə olduğunu, 25.07.2021-ci il tarixdə Hüseynin restorana gələrək onu təhdid etdiyini, onun əlində olan elektoron siqaretini aldığını, onun da restorandan çıxandan sonra polisə zəng vuraraq onun yaşadığı ünvana gəlmələrini istədiyini, təxminən 01:30 radələrində yaşadığı binanın qarşısında Hüseyi gördüyünü, Hüseynin yenə onu uca səslə təhdid etməyə başladığını, polis əməkdaşlarının onu intizama dəvət etdiklərini, lakin Hüseynin polislərə tabe olmadığını və bu səbəb dən də onu polis şöbəsinə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X6 izahatında 26.07.2021-ci il tarixdə əməliyyat-axtarış qrupunda növbədə olduğunu, saat 01:30 radələrində polis şöbəsindən ona zəng gəldiyini, X1 102 xidmətinə zəng edərək ət bazarının yanına polis göndərilməsini istədiyini, hadisə yerinə getdikləri zaman bir nəfər şəxsin uca səslə X5 ilə mübahisə etdiyini gördüklərini, yaxınlaşaraq onu nizam-intizama dəvət etdiklərini, gecə gec satları olduğu üçün bina sakinlərini narahat etdiyini, lakin həmin şəxsin onların qanuni tələbinə tabe olmadığını, bu səbədən həmin şəxsin izahat verməsi üçün Şərur Rayon Polis Şöbəsinə aparıldığını, polis şöbəsində izahatının alındığını və həmin şəxsin Şərur rayon Düdəngə kənd sakini Şəxs olduğu müəyyən etdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 və X3 şahid X2 qeyd etdiyi halları təsdiq edərək onunla oxşar məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarında olan 26.07.2021-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs 26.07.2021-ci il tarixdə saat 01:40 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 27.07.2021-ci il tarixli 567 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarına əlavə olunmuş 26.07.2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şəxs cibindən 2 ədəd şüşə parçası aşkar edilərək götürülmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, xüsusilə inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu 26.07.2021-ci il tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Maddi sübut qismində barəsində icraat aparılan şəxsin üzərindən aşkar edilərək götürülmüş Şərur Rayon Məhkəməsinin saxlanc otağında saxlanılan 2 ədəd şüşə paçası məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 26.07.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Maddi sübut qismində Şərur Rayon Məhkəməsinin saxlanc otağında saxlanılan 2 ədəd şüşə paçası qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-55/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-55/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver