Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-56/2020 08.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, 1997-ci ildə Şərur rayon Babəki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Babəki kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində Şərur rayon Babəki kəndində həmkəndlisi Zərərçəkmiş şəxs şəxsi mübahisə zəminində döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı evin həyətin hasara almaq istədiyini, bunun üçün də Çərçiboğan kənd sakini Canpoladı hasarı tikməsi üçün çağırdığını, təxminən saat 08:00 radələrində Canpoladın onlara getdiyini, biraz söhbət etdikdən sonra işə başlamaq istədiklərini, bu zaman hasarın tikiləcəyi yerdən küçə tərəfə ip tutduğunu və hasarın bünövrəsi əyri olduğu üçün yoxlamaq məqsədilə küçədən ip tutuduğunu, yenə düzgün olmadığını gördüyünü, Canpoladın ona həyət tərəfdən 15-20 sm yenidən bünövrə qazmalı olduqlarını dediyini, onun bu söz ilə razılaşdığını, bu zaman qonşusu Zərərçəkmiş şəxs gəldiyini və ona hirsli şəkildə “sən niyə buradan hasar tikirsən, buradan tiksən yolu kəsəcəksən və buradan avtomobilim dönməyəcək, mən sənin buradan hasar tikməyinə icazə verməyəcəyəm” dediyini, o da, İlhama “sən kimsən ki mənə imkan verməyəsən, bu kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyəsi var, sənin özün yolun üzərində tövlə tikib yolu kəsmisən” dediyini, onun bu sözündən sonra İlhamın ona nalayiq ifadələr işlətdiyini, o da bu sözlərdən sonra onu sillə ilə üzə nahiyyəsindən bir dəfə vurduğunu və İlhamın da həmin vaxt onu sillə ilə vurduğunu, bu zaman usta Canpoladın onları aralaşdırdığını və İlhamın yerdən dəmir parçası götürüb onun üzərinə getdiyini, o da yerdən çəkici götürdüyünü, bunu görən həyat yoldaşının gəlib çəkici əlindən aldığını və onu oradan uzaqlaşdırdığını, daha sonra İlhamın da həyat yoldaşının gəlib onu öz həyətlərinə apardığını bildirdi. Zərərçəkmiş şəxs X3 vermiş olduğu izahatda, xx xxxxxxxx 2020-ci il tarixdə səhər saat 09:00 radələrində Babəki kəndindəki yaşadığı evin həyətinə çıxdığını, bu zaman qonşusu Şəxs öz yaşadığı həyəti hasara almaq üçün iplə düzgünlüyünü yoxladığını, o da Ramazanı görüb ona “sən yola çıxırsan, yola çıxma həyətinə tərəf çək ipi” dediyini, onun bu sözündən sonra Ramazanın ona tərəf gəldiyini və gözləmədiyi vaxtda ona sillə vurduğunu, bu zaman əlbəyaxa olduqlarını, sonra evdəkilərin gəlin onları aralaşdırdığını, daha sonra Ramazanın gedib balta götürərək onun üzərinə gəldiyini, Ramazanın həyat yoldaşının baltanı onun əlindən aldığını, sonra Ramazanın yerdəki çəkici götürdüyünü, anası onları aralaşdıran zaman çəkiclə anasının kürəyindən vurduğunu, sonra Polis şöbəsinə zəng vurduğunu və polis əməkdaşlarının onları polis şöbəsinə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 08:00 radələrində işləmək üçün işləmək üçün Babəki kəndində yaşayan Şəxsgilə hasar tikmək üçün getdiyini, hasarın bünövrəsini əvvəlcədən hazırladıqlarını, bünövrənin yol tərəfdən biraz əyri olduğunu, Ramazanın o əyriliyi düzəltmək üçün yoxlamaq məqsədilə küçə tərəfdən ip tutduğunu və əyriliyin düzəlmədiyi gördüyünü, ona “eybiyox 15-20 sm həyət tərəfdən içəridən hörgü aparaq bu əyrilik düzəlsin” dediyini, bu zaman qonşusu Zərərçəkmiş şəxs gəldiyini və Ramzana hirsli şəkildə “sən kimsən küçədən ip tutub hasar tikirsən” dediyini, Ramazan da İlhama “sən kimsən ki mənə göstəriş verirsən” dediyini, bu sözdən sonra onların bir-birlərinə hücum etdiklərini və həmin vaxt Ramazanın İlhama, İlhamın da Ramazan sillə vurduğunu, onları bu vəziyyətdə görən kimi İlhamın anasının və həyat yoldaşının gəlib İlhamı oradan uzaqlaşdırdığını, o da Ramzanın həyat yoldaşı ilə birlikdə onu oradan uzaqlaşdırdıqlarını, təxminən 5-6 dəqiqə sonra Ramazanın atası Qəzənfərin gəldiyini və Ramazana hirsləndiyini, sonra isə sahə inspektorunun gəldiyini bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007849 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində Şərur rayon Babəki kəndində həmkəndlisi Zərərçəkmiş şəxs şəxsi mübahisə zəminində döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X5 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Şərur rayon Babəki kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, 67 nömrəli ekspert rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-göz qapağında qançır, sifətində, dizində sıyrıqlar küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində Şərur rayon Babəki kənd ərazisində fiziki güc tətbiq edərək Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə onun əməlini Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif edir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunmalı və inzibati həbsin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-56/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-56/2020
08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver