Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-56/2022 29.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şərur rayonu, Şəhid Məmməd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Danyeri kəndində qeydiyyatda duran və yaşayan (fin kod: 1C0UVWC) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli, 012276 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 2 icra sənədi üzrə ümumilikdə 3500 manat borcunu ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında hal-hazırda işləmədiyi üçün borcunu ödəyə bilmədiyini, maddi imkanının olmadığını, bu səbəbdən də birinci icra sənədi üzrə tələbkar "xxxx" ASC-nə 1800 manat, ikinci icra sənədi üzrə isə tələbkar X1 1700 manat məbləğində aliement borcu olduğunu, əmək qabiliyyətli olduğunu, elektrik ustası olduğunu, hal-hazırda işləmədiyini, borclarını ödəməyə çalışacağını bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-457/2021 saylı xx.xx.2021-ci il tarixli və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-49/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edildiyini, lakin həmin şəxsin borclarını tam ödəmədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədlərinin icrasından boyun qaçırıldığını, icra sənədləri üzrə borcunun 3500 manat olduğunu, tələbkarların da hər gün zəng edərək borclarının ödənilməsini tələb etdiklərini, lakin borclunun onun qanuni tələblərini yerinə yetirmədiyini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs izahatından və iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədləri üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqələrinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur... İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)- 457/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli, RGTK2479138A500 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3856.47 (üç min səkkiz yüz əlli altı manat, qırx yeddi qəpik) manat, faiz borcuna görə 652.39 (altı yüz əlli iki manat otuz doqquz qəpik) manat, cəmi 4508,86 (dörd min beş yüz səkkiz manat səksən altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 29.91 (iyirmi doqquz manat doxsan bir qəpik) manatı olmaqla, ümumilikdə 4538.77 (dörd min beş yüz otuz səkkiz manat, yetmiş yeddi qəpik) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, eyni zamanda Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 49/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra vərəqəsinin surətindən görünür ki, 30 sentyabr 2021-ci il tarixdən hesablanmağa başlayaraq, Şəxs hər ay sabit pul məbləğində bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında aliment tutularaq, 15 avqust 2007-ci il təvəllüdlü X3 və 30 iyul 2010-cui il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün anaları X1 ödənilməsi qət edilmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli 012273 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2 icra sənədi üzrə ümumilikdə 3500 manat borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli iltizamlardan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hər iki icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-56/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-56/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver