Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-57/2021 30.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1993-cü il tarixdə Şərur rayon Sərxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2 uşaqlı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şərur rayon Sərxanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 29.07.2021-ci il tarixdə saat 12:00 radələrində Şərur Rayon Məhkəməsinin inzibati binasında olan zaman uca səslə səs-küy salmaqla ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 29.07.2021-ci il tarixdə təxminən saat 11:40 radələrində Şərur rayon bazarında olduğunu, bu zaman mobil telefonuna tanımadığı bir nömrədən zəng gəldiyini, zəng vuranın ondan məhkəməyə niyə gəlmədiyini soruşduğunu, onun isə bundan xəbəri olmadığını bildirəndə qarşı tərəfin telefonu qapatdığını, onun məhkəməyə gəldiyini, hakimin qəbuluna getdiyini, hakimə onu tək qəbul etməsini xahiş etdiyini, lakin hakimin proseslə bağlı onu tək tərəfli qəbul etməyəcəyini bildirdiyini, bu zaman əsəblərinə hakim ola bilmədiyindən səs-küy saldığını, etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X7 izahatında 29.07.2021-ci il tarixdə saat 12:00 radələrində xidməti otağında olduğu zaman səs-küy eşidərək koridora çıxdığını, məhkəmənin icraatında olan işlə bağlı məhkəmə prosesinə gələn Şəxs iddiaçı tərəfi uca səslə təhdid edərək ictimai qaydanı pozduğunu, ona yaxınlaşaraq sakitləşdirməyə çalışdığını, lakin onun səs-küy salmağa davam etdiyini, səs-küyə növbətçi icra məmuru X1 və X8 gəldiyini və onu sakitləşdirmək üçün 1-ci mərtəbəyə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında 29.07.2021-ci il tarixdə saat 12:00 radələrində iş otağında oturduqlarını, bu zaman məhkəmənin inzibati binasının 2-ci mərtəbəsindən səs-küy gəldiyini eşitdiyini, oraya yaxınlaşdıqda hakim köməkçisi X5 Şəxs sakitləşdirmək istədiyini gördüyünü, buna baxmayaraq Şəxs uca səslə səs-küy salaraq qarşı tərəfi yüksək səslə təhdid edib xırda xuliqanlıq hərəkətləri etdiyini, onu sakitləşdirmək üçün 1-ci mərtəbəyə apardıqlarını, bu zaman onun başını divara çırpdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X9 X2 ilə eyni məzmunda izahat verərək onun dediklərini təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan 29.07.2021-ci il tarixli 0306 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29.07.2021-ci il tarix saat 14:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 30.07.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-57/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-57/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver