Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-57/2023 15.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib edən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1972-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 6 uşaqlı, ali təhsilli, "xxxx" MMC-də iş icraçısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 012324 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 2 icra vərəqəsi üzrə ümumilikdə 1080 manat aliment borcunu və əlavə xərci ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 900 manat aliment borcu və 180 manat əlavə xərcinin işlədiyi şirkət tərəfindən əmək haqqından tutularaq X3 bank hesabına ödənildiyini, hal-hazırda X4 borcunun olmadığını qeyd edərək, məhkəmədən qənuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-233/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cavabdeh Şəxs xx.xx.2008-ci il tarixdə doğulmuş X9, xx.xx.2009-cu il tarixdə doğulmuş X10, xx.xx.2010-cu il tarixdə doğulmuş X5, xx.xx.2014-cü il tarixdə doğulmuş X12, xx.xx.2015-ci il tarixdə doğulmuş X11 və X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə altı uşaq üçün 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsinin qət edildiyini, eyni zamanda Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-516/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda duran və yaşayan cavabdeh Şəxs xx.xx.2008-ci il tarixdə doğulmuş X9, xx.xx.2009-cu il tarixdə doğulmuş X10, xx.xx.2015-ci il tarixdə doğulmuş X6 xəstəlikləri ilə bağlı əlavə xərclərin ödənilməsi üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat (bir yüz səksən) manat sabit məbləğdə əlavə xərcin ünvan 2 ünvanında qeydiyyatda olan X4 ödənilməsinin qət edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərildiyini, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra Şəxs işlədiyi "xxxx" MMC tərəfindən onun əmək haqqından 1080 manat məbləğində aliment borcu və əlavə xərcin X3 bank hesabına ödənildiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun izahatları ilə müəyyən olunmuşdur ki, borclu Şəxs tərəfindən icra sənədi tam şəkildə icra olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-233/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cavabdeh Şəxs xx.xx.2008-ci il tarixdə doğulmuş X9, xx.xx.2009-cu il tarixdə doğulmuş X10, xx.xx.2010-cu il tarixdə doğulmuş X5, xx.xx.2014-cü il tarixdə doğulmuş X12, xx.xx.2015-ci il tarixdə doğulmuş X11 və X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə altı uşaq üçün 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-516/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda duran və yaşayan cavabdeh Şəxs xx.xx.2008-ci il tarixdə doğulmuş X9, xx.xx.2009-cu il tarixdə doğulmuş X10, xx.xx.2015-ci il tarixdə doğulmuş X6 xəstəlikləri ilə bağlı əlavə xərclərin ödənilməsi üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat (bir yüz səksən) manat sabit məbləğdə əlavə xərcin və məhkəmə xərci olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq 29.60 manatın (iyirmi doqquz manat altmış qəpik) ünvan 2 ünvanında qeydiyyatda olan X4 ödənilməsi qət edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli, 012324 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2 icra vərəqəsi üzrə ümumilikdə 1080 manat aliment borcunu və əlavə xərci ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materialında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak yoxdur, eyni zamanda pensiya və sosial ödəniş almır, "xxxx" MMC-də işləyir, 1730.29 manat əmək haqqı alır. İş materialında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən X3 hesabına cəmi 1080 manat pul köçürülmüşdür Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-57/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-57/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver