Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-58/2020 15.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Təqdimat verən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şərur rayon Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Xələc kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə təqdimat verərək, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsinin 2(110)-704/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxx 2011-ci il təvəllüdlü X4 və xx xxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsinin qət edildiyini, icra sənədinin xx.xx.2019-cu il tarixdə Şərur rayon İcra və Probasiya Şöbəsinə daxil olduğunu və icraata başlamaq haqqında qərar qəbul edildiyini, borclunun icra vərəqəsi üzrə tələbdən hal-hazıradək qərəzli şəkildə yayındığını, Şəxs bu günə qədər 2000 (iki min) manat aliment borcunun yarandığını, eyni zamanda borcluya icra sənədi üzrə tələbi yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə tərəfindən edilmiş xəbərdarlığın heç bir nəticə vermədiyini, buna görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Şərur Rayon Məhkəməsinin 2(110)-704/2019 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən hesablanmaqla ondan iki uşağın yetkin yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alınaraq tələbkar X3 xeyrinə ödənilməsinin qət edildiyini, maddi vəziyyətinin ağır olduğunu, heç bir yerdə işləmədiyini, aliment borcunu işləyərək ödəyəcəyini qeyd edərək məhkəmədən göstərilənləri nəzərə alınmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Şərur Rayon Məhkəməsinin 2(110)-704/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iki uşağın yetkin yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alınaraq tələbkar X3 xeyrinə ödənilməsi tələb edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs izahatından və iş materiallarından müəyyən olundu ki, borclu Şərur Rayon Məhkəməsinin 2(110)-704/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcun ödənişini qərəzli şəkildə həyata keçirməyərək, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialında olan inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə təqdimat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-704/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-58/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-58/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver