Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-58/2023 16.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1986-cı ildə Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, işsiz, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Yengicə kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Şərur rayon Yengicə kənd mərkəzində idarə etdiyi VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qayda pozuntusu edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə dəvət edilərkən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Yengicə kənd mərkəzində həmkəndliləri olan Ayxan, Ayhat və adları ona məlum olmayan əlavə 2 nəfərlə birlikdə “VAZ2106” markalı şəxsi avtomobilinə əyləşərək musiqini açdığını və qulaq asdıqlarını, bu zaman Şərur RPİ DYPB-nin rəisi Raman Rzayevin gələrək ona irad bildirdiyini, ona avtomobili yerindən hərəkət etdirərkən təkərdən sıs çıxdığını, maşınında həqiqətən səsgücləndirici quraşdırıldığını, əməlindən peşman olduğunu, özünün 8 dəfə əməliyyat olduğunu bildirib məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Şərur rayon Yengicə kənd mərkəzində Şəxs qanun pozuntusu etməsinin ona bildirildiyini, ona yaxınlaşıb iradını bildirdiyini, onun isə cavabında bayram günü olduğunu və buranın öz kəndi olduğunu bildirdiyini, dükanın qarşısında yerdə təkər izi olduğunu, həmçinin maşında səsucaldıcı olduğunu ona bildirib İXM-in 96-cı maddəsinə əsasən maşının açarını ondan istədiyini, onun isə heç kimin onun maşınını apara bilməyəcəyini bildirdiyini, Şəxs onlara məlumat verən şəxslərə qarşı nalayiq ifadələr işlətdiyini, əvvəlcə onu nizam-intizama dəvət etdiklərini, lakin məhəl qoymadığını, onun avtomobilinin cərimə meydançasına aparıldığını, avtomobilə baxış keçirildiyini, baxış zamanı həqiqətən avtomobildə qanunsuz səsgücləndirici və işıqlar olduğu müəyyən olunduğunu, yerdə təkər izi bir dənə olduğu və yetərli sübut olmadığı üçün onun əməlini avtoxuliqanlıqla tövsif etmədiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Şərur rayon Yengicə kənd sakini Şəxs idarə etdiyi “VAZ2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşında maqnitofona səsucaldıcı qoşduğunu və kənd mərkəzində avtomaşının şinlərinin asfalt örtüyə iz salaraq kobud şəkildə qaydanı pozduğu barədə şikayət daxil olduğunu, özünün DYPB-nin rəisi Raman Rzayev birlikdə həmin əraziyə yaxınlaşdığını, Raman müəllimin sürücü Şəxs etdiyi əməlin qanun pozuntusu olduğunu bildirdiyini, avtomobildə əlavə işıqlar və səsucladan quraşdırıldığı aşkar olunduğunu, maşının cərimə meydançasına aparılmasını tələb etsələr də sürücünün mane olduğunu, onun polisin qanuni tələbinə tabe olmayaraq həmin ərazidən uzaqlaşmağa cəhd etdiyini, bundan sonra həmin əraziyə dəvət olunmuş PPXB-nin əməkdaşları ilə birlikdə həmin avtomaşını cərimə meydançasına yerləşdirdiklərini, avtomobilə baxış keçirildiyini, baxış zamanı avtomobilə qanunsuz səsgücləndirici və işıqlar aşkar olunduğunu bildirdi. Sənədlər: İş materiallarında olan Şərur Rayon Əhalinin Sosial Müdafi Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 015125 nömrəli vəsiqənin surətindən və elektron məhkəmə informasiya sistemindən çıxarışda görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə şəxsin əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsin əməlində ağırlaşdırıcı hal müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, 2-ci qrup əlil olmasını, təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-58/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-58/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver