Məhkəmə qərarları › İş №3(110)-59/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-59/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-59/2023 12.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur şəhəri, S.İbrahim küçəsi, mənzil 16 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs mülki silahın əldə edilməsi və saxlanması qaydalarını pozaraq müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahı əldə edərək saxladığına görə İXM-in 590.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Şərur rayon Polis İdarəsi tərəfindən 16 fevral 2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs vermiş olduğu izahatında atası X2 Kərki kəndindən Şərur şəhərinə köçən zaman özü ilə ov silahı gətirdiyini, həmin silahı onun Şərur şəhəri, S.İbrahim küçəsi, mənzil 16 ünvanında yerləşən evinin həyətyanı sahəsində olan yardımçı binanın içərisindəki divanın altında saxladığını, 14 fevral 2023-cü il tarixdə polis əməkdaşlarının yaşadığı evin həyətyanı sahəsinə gələrək ondan silahının olub-omamasını soruşduqlarını, onun onlara silahının olduğunu bildirdiyini, daha sonra ərizə verərək polislərin evinə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyini, baxış zamanı polis əməkdaşlarının silahı saxladığı yerdən götürərək protokol tərtib edildiyini bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X6 izahatında 14 fevral 2023-cü il tarixdə günorta saatlarında Şərur şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında olduğunu, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşaraq Şərur şəhər sakini Şəxs Şərur şəhəri, S.İbrahim küçəsi, mənzil 16 ünvanında yerləşən evinə baxış keçirəcəklərini bildirdiklərini və ondan həmin baxışda iştirak etmək istədiklərini bildirdiklərini, onlarla razılaşıb polis əməkdaşları ilə birlikdə Şəxs məxsus mənzilə getdiyini, polis əməkdaşlarının həmin evə baxış keçirən zaman mənzilin həyətyanı sahəsində olan yardımçı binanın içərisindəki divanın altından bir ədəd modelinin nə olduğunu bilmədiyi silahın aşkar edilərək götürdüklərini, daha sonra protokol tərtib olunduğunu və onun həmin protokolu oxuduqdan sonra onun üzərinə öz imzasını çəkdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X1 da digər şahid X6 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X8 yuxarıda göstərilən inzibati xətanı törətməsi onunn özünün ifadəsi, eyni zamanda toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Şərur rayon Polis İdarəsi X4 törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 590.2-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də inzibati xəta törətmiş şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs yaşadığı Şərur şəhəri, S.İbrahim küçəsi, mənzil 16 ünvanında yerləşən evinin həyətyanı sahəsində olan yardımçı binanın içərisindəki divanın altından bir ədəd silah aşkar edilmiş və götürülmüşdür. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 198 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah “Tula silah zavodunda” (keçmiş SSRİ, hazırda Rusiya Federasiyası) 1962-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “146345” nömrəli, “TO3-БМ” modelli, “16” kalibrli, patronunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamarlüləli) ov tüfəngidir, odlu silah hesab edilir, üzərində təyinatını dəyişdirəcək əlavə və dəyişikliklər aşkar edilmədi, saz, atəş açmaq üçün yararlıdır, çaxmaqlarının döyüş bölməsindən çıxması üçün tətiklərinə normal hesab olunan qüvvə ( ön tətiyinə 2,2 – 2,4 kq, arxa tətiyinə 1,9 – 2,0 kq) sərf olunur, həmin silahın tətiklərini çəkmədən ondan özözünə atəşin açılması mümkün deyildir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs evində 01 ədəd qanunsuz silah saxlanması barədə toplanmış 57 saylı material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009038 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs yaşadığı mənzildən 1 ədəd "146345" nömrəli "TO3-БМ” modelli, “16” kalibrli silah aşkar edilərək götürülmüşdür. Bununlada Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış mülki ov silahı əldə etməklə və saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan Şərur rayon Polis İdarəsinin İTŞ-nin rəisi VMİE X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs götürülmüş 1 ədəd “Tula silah zavodunda” (keçmiş SSRİ, hazırda Rusiya Federasiyası) 1962-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “146345” nömrəli, “TO3-БМ” modelli, “16” kalibrli ov silahı saxlanması üçün Şərur rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; -26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, ondan götürülmüş və Şərur Rayon Polis İdarəsində saxlanılan olan inzibati xətanın premeti olan 1 ədəd “Tula silah zavodunda” (keçmiş SSRİ, hazırda Rusiya Federasiyası) 1962-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “146345” nömrəli, “TO3-БМ” modelli, “16” kalibrli ov silahı dövlət nəfinə müsadirə edilməklə, Şəxs 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilməlidir . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Törədilmiş inzibati xətanın premeti olan 1 ədəd “Tula silah zavodunda” (keçmiş SSRİ, hazırda Rusiya Federasiyası) 1962-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “146345” nömrəli, “TO3-БМ” modelli, “16” kalibrli ov silahı müsadirə edilməklə, Şəxs 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası “Tula silah zavodunda” (keçmiş SSRİ, hazırda Rusiya Federasiyası) 1962-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “146345” nömrəli, “TO3-БМ” modelli, “16” kalibrli ov silahının dövlət nəfinə müsadirə edilməsinə dair hissədə Şərur Rayon Polis İdarəsinə, cəriməyə dair hissədə isə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət şikayət və protest verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar