Məhkəmə qərarları › İş №3(110)-59/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-59/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-59/2025 03.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1966-ci il tarixdə Şərur rayon, Tumaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şərur rayon, Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:36 radələrində Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə onu döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxsin və şahidin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs ifadəsində əri İlham, qaynı Ceyhun və onun ailəsi ilə birlikdə yaşadıqlarını, xx.xx.2025-ci il tarixdə Ceyhunun evə gələrək İlhamı evdən çıxarmağa çalışdığını, ərinin İ qrup əlil olduğunu və yaşamağa yeri olmadığını Ceyhuna söyləməyə çalışdığını, Ceyhunun İlhamın yaxasından yapışaraq onu evdən çıxarmağa çalışdığını, bu zaman onun çörək bıçağını götürərək Ceyhuna “sən bu bıçaqla öz yeznənə xəsarət yetirmişdin, gərək səni o zaman şikayət edərdilər ki, indi belə də eləməzdin” dediyini, Ceyhunun onun üzərinə gələrək bıçağı alan zaman bıçağın onun barmağını və biləyini kəsdiyini, sonradan Ceyhunun onun ağzından təpiklə vuraraq ağzında olan protez dişlərini sındırdığını, ondan sonra 102 polis xidmət mərkəzinə zəng etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində əri və qaynı İlhamın ailəsi ilə birlikdə yaşadığını, xx.xx.2025-ci il tarixdə evdə olan zaman qaynı İlhamın onu görüb nalayiq ifadələrlə təhqir etdiyini, onun sifət nahiyəsindən sillə vurduğunu, başının arxadakı qapıya dəydiyini, ağlayaraq oradan çıxdığını, təxminən 1 saat sonra əri Ceyhunun evə gəldiyini, baş verənləri ona dediyini, Ceyhunun qardaşı və onun arvadını evdən çıxarmağı qərarlaşdırdığını, onlarla mübahisə edən zaman Pərvanənin əlində bıçaqla üzərinə hücum etdiyini, barmaq nahiyəsinin azca kəsildiyini, Əri Ceyhun bıçağı onun əlindən almaq istəyən zaman Pərvanənin əlinin kəsildiyini, hazırda Şəxs şikayəti olmadığını, barışdıqlarını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Şahid ifadəsi: Məhkəmədə şahid qismində dindirilən X1 ifadəsində və verilmiş suallara cavabında Ceyhun və İlhamın qardaşı olduğunu, xx.xx.2025-ci il tarixdə saat təxminən 14-15 radələrində evdə olan zaman Şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini, həyətdə oturduqlarından Saimənin səsinə evə getdiklərini, evdə olan zaman Pərvanənin əlində bıçaq ilə Səminəni üzərinə gələrək vurmaq istədiyini gördüyünü, bu zaman qardaşı Ceyhunun Pərvanənin əlindən bıçağı aldığını, onları evdən qovduğunu, qardaşı İlhamın evdən çıxmaq istəmədiyindən Ceyhunun onu qucağına alaraq evdən çölə atdığını, İlham evə girmək istərkən Ceyhunun buna icazə vermədiyini, sonra İlhamın paltarlarını geyərək çıxıb gedəcəyini dediyini, içəri girərək paltarlarını geyinib arvadı Pərvanənin dalınca getdiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 32 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət – sol əlin lll barmağında yara, sağ saidində sıyrıq deşici – kəsici alət təsirindən törənmişdir və xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 120 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan təyinatını dəyişdirəcək heç bir əlavə düzəliş edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51,53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar