Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-6/2023 06.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şərur rayonu, Vərməziyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Vərməziyar kəndində qeydiyyatda duran və yaşayan (FİN: 1YYOY19) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 012300 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 2(110)-673/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(110)-675/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(110)-672/2022 saylı xx.xx.2022-ci il tarixli və 2(110)-688/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən 5104 manatı ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında X3 olan borcundan 150 manat ödədiyini, ona 400 manat borcunun qaldığını, həmin borcu hal-hazırda ödəmək istədiyini, X7 olan 1050 manat məbləğində borcunu 09 yanvar 2023-cü il tarixində inəklərini sataraq ödəyəcəyini, digər borclarını isə 24 yanvar 2023cü il tarixində kredit götürərək ödəyəcəyini, həbs olunacağı təqdirdə borclarını ödəməyinin gecikəcəyini qeyd edərək, məhkəmədən onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-675/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs 1500 (bir min beş yüz) manat borc pul vəsaitinin və 35 (otuz beş) manat dövlət rüsumunun alınaraq Culfa rayon Bəyəhməd kəndində yaşayan X2 ödənilməsinin, 2(110)-673/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Vərməziyar kənd sakini Şəxs 550 (beş yüz əlli) manat pulun tutularaq iddiaçı X3 ödənilməsinin, 2(110)-672/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs 1900 (bir min doqquz yüz) manat borc pul vəsaitinin və 39 (otuz doqquz) manat dövlət rüsumunun alınaraq Culfa rayon Bəyəhməd kəndində yaşayan X1 ödənilməsinin, 2(110)-688/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Vərməziyar kəndində qeydiyyatda olan cavabdeh Şəxs 1050 (bir min əlli) manat məbləğində borc pul və 30.5 (otuz manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1080.5 (bir min səksən manat əlli qəpik) manat məbləğində pul alınaraq Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olmaqla, Bəyəhməd kəndində yaşayan iddiaçı X7 ödənilməsinin qət edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərildiyini, icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edildiyini, 5104 manat puldan cəmi 150 manat ödədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədlərinin icrasından boyun qaçırıldığını, icra sənədləri üzrə borcunun 5104 manat olduğunu, tələbkarların da hər gün zəng edərək borcunun ödənilməsini tələb etdiyini, eyni zamanda tələbkarların Naxçıvan MR Ədliyyə Nazirliyinə şikayət etdiklərini, buna baxmayaraq borclunun onun qanuni tələblərini yerinə yetirmədiyini, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs izahatından və iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədləri üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur... İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-675/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs 1500 (bir min beş yüz) manat borc pul vəsaitinin və 35 (otuz beş) manat dövlət rüsumunun alınaraq Culfa rayon Bəyəhməd kəndində yaşayan X2 ödənilməsi, eyni zamanda 2(110)-673/2022 saylı xx.xx.2022-ci il tarixli vərəqəsinin surətindən görünür ki, Şərur rayon Vərməziyar kənd sakini Şəxs 550 (beş yüz əlli) manat pulun tutularaq iddiaçı X3 ödənilməsi, 2(110)-672/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs 1900 (bir min doqquz yüz) manat borc pul vəsaitinin və 39 (otuz doqquz) manat dövlət rüsumunun alınaraq Culfa rayon Bəyəhməd kəndində yaşayan X1 ödənilməsi, 2(110)-688/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Vərməziyar kəndində qeydiyyatda olan cavabdeh Şəxs 1050 (bir min əlli) manat məbləğində borc pul və 30.5 (otuz manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1080.5 (bir min səksən manat əlli qəpik) manat məbləğində pulun alınaraq Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olmaqla, Bəyəhməd kəndində yaşayan iddiaçı X7 ödənilməsi qət edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 012300 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-673/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(110)-675/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(110)-672/2022 saylı xx.xx.2022-ci il tarixli və 2(110)-688/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə ümumulikdə 5104 manat borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materialında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına fərdi yaşayış evi qeydiyyata alınmışdır, eyni zamanda o, əməkhaqqı və sosial ödəniş almır, lakin İİİ qrup əlil kimi 120 manat pensiya alır. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs adına fərdi yaşayış evinin qeydiyyata alınmasına baxmayarq həmin əmlak icra tələbinin yönəldilməsinə yol verilməyən əmlak olduğundan icra sənədlərinin həmin əmlak hesabına icrası mümkün deyil. Eyni zamanda borclunun İİİ qrup əlil kimi aldıği 120 manat pensiyanın hansı icra işi üzrə yönəldilməsini də müəyyən etmək mümkün deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-6/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-6/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver