Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-60/2021 21.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1994-cü ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Şərur rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, 19.08.2021-ci il tarixdə təxminən saat 1630 radələrində onun üzərindən 0.06 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə iştirak edən inzibati xəta törətmiş Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında, 19.08.2021-ci il tarixdə günorta təxminən saat 16:00 radələrində özünə siqaret almaq üçün Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinə getdiyini, tanımadığı Türkiyə Respublikası vətəndaşının ona yaxınlaşaraq ondan narkotik vasitə istifadə edib-etməməsini soruşduğunu, Türkiyədə olarkən istifadə etdiyini bildirdiyini, həmin şəxsin ona qızılı rəngli bir büküm verərək istifadə edərsən ağrıların kəsəcək dediyini, həmin bükümü alıb şalvarının sol yan cibinə qoyduğunu, yolda polis əməkdaşlarının onu saxladığını, ona polis şöbəsinə getməyini xahiş etdiklərini, polis əməkdaşları ilə birlikdə Şərur rayon Polis şöbəsinə getdiklərini, orada ondan üzərində narkotik vasitə olub-olamamasını soruşduqlarını, şalvarının sol yan cibindəki qızılı rəngdə olan bükümü təhvil verdiyini, həmin bükümün hal şahidlərinin iştirakı ilə zərfə qablaşdırıldığını və üzərinin imzalandığını, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X8 vermiş olduğu izahatında, 19.08.2021-ci il tarixdə, təxminən saat 16:30 radələrində şəxsiyyət vəsiqəmi dəyişdirmək məqsədi ilə Şərur rayon Polis şöbəsinə gəldiyini, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşdığını, ondan hal şahidi qismində iştirak etməsini xahiş etdiklərini, o da onların xahişini qəbul edərək, Şərur rayon Polis şöbəsinə getdiyini, orada X4 adlı şəxsin də olduğunu, hər ikisinə hüquq və vəzifələrinin izah olunduğunu, sonra onlara Şəxs təqdim edildiyini, onun üzərində şəxsi axtarış keçirildiyini, axtarış zamanı onun əynindəki şalvarın sol yan cibindən qızılı rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürüldüyünü, həmin büküm onların iştirakı ilə açıldığını, bükümün içərisində ağ rəngli toz şəkilli maddə müşahidə edildiyini, sonra həmin bükümün ağ rəngli zərfin içərisinə qablaşdırıldığını, həmin zərfin üzərinin onlar tərəfindən imzalandığını bildirdi. Məhkəmədə şahid qismində iştirak etməyən, lakin Şərur rayon Polis Şöbəsində şahid qismində izahat verən X4 izahatında 19.08.2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar Şərur şəhərində olan zaman polis əməkdaşlarının ona yaxınlaşdığını, ondan hal şahidi qismində iştirak etməsini xahiş etdiklərini, o da onların xahişini qəbul edərək, Şərur rayon Polis şöbəsinə getdiyini, daha sonra Şərur rayon Düdəngə kənd sakini X5 da gəldiyini, hər ikisinə hüquq və vəzifələrinin izah olunduğunu, sonra onlara tanımadıqları şəxsin təqdim edildiyini, həmin şəxsin üzərində şəxsi axtarış keçirildiyini, onların iştirakı ilə Şəxs üzərində şəxsi axtarış keçirildiyini, axtarış zamanı onun əynindəki şalvarın sol yan cibindən qızılı rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürüldüyünü, həmin büküm onların iştirakı ilə açılan zaman içərisindən ağ rəngli toz şəkilli maddə müşahidə edildiyini, sonra həmin bükümün ağ rəngli zərfin içərisinə qablaşdırıldığını, həmin zərfin üzərinin onlar tərəfindən imzalandığını bildirdi. Məhkəmədə şahid qismində iştirak etməyən, lakin Şərur rayon Polis Şöbəsində şahid qismində izahat verən X2 izahatında 2016-cı il tarixdən Naxçıvan MR DİO-da işlədiyini, 19.08.2021-ci il tarixdə xidmətdə olan zaman Şərur rayon Düdəngə kənd sakinin Şəxs üzərində narkotik vasitənin olması barədə əməliyyat məlumatı daxil olduğunu, o və Tomral müəllimin Şəxs yerində müayinə etmək üçün bir sıra əməliyyat tədbirləri həyata keçirdiklərini, çıx keçmədən Şəxs Yuxarı Daşarx ərazisində saxladıqlarını və Şərur rayon polis şöbəsinə dəvət etdiklərii, Polis şöbəsində iki nəfər hal şahidinin iştirakı ilə Şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun şəlvarının sol yan cibindən qızılı rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürüldüyünü, həmin büküm onların iştirakçılığıı ilə müvafiq qaydada ağ rəngli zərfin içərisinə qablaşdırıldığını bildirdi. İş materiallarına əlavə olunmuş 19 avqust 2021-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən qızılı rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürülmüş, həmin büküm hal şahidlərinin iştirakçılıqları ilə müvafiq qaydada ağ rəngli zərfə qabalaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 19 avqust 2021-ci il tarixdə saat 1700-da inzibati qaydada tutulmuş və 21 avqust 2021-ci il tarixdə saat 10:30-da azad edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur RPŞ Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis kapitanı X7 tərəfindən tərtib edilmiş 21.08.2021-ci il tarixli, 010093 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs üzərindən 19.08.2021-ci il tarixdə təxminən saat 1630 radələrində 0.06 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin 20 avqust 2021-ci il tarixli 235 nömrəli ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş kağız zərfin içərisindəki qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0.06 qram olan, ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət olan psixotrop maddə- metamfetamindir. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli aktdan görünür ki, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.04 qram psixotrop maddə metamfetamin “Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə X1 Obyekti №3” möhürü ilə möhürlənmiş və qablaşdırılmış vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, himayəsində 3 azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi və gəncliyi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. İnzibati xəta üzrə maddi sübut olan ekspert tədqiqatından sonra xalis çəkisi 0.04 (sıfır tam yüzdə dörd) qram olan psixotrop maddə - metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-60/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-60/2021
21.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver