Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-61/2020 18.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, hakim Əliyev Mehdi Ədalət X1 İXM-nin 211-ci maddəsi ilə cərimə edilməsinə dair qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: X4 barəsində Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət X5 əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, TP3617184 nömrəli inzibati xəta haqqında qərarla inzibati cərimə tərtib olunmuş, həmin qərarla razılaşmayan X4 xx.xx.2020-ci il tarixdə həmin qərardan şikayəti Şərur Rayon Məhkəməsinə göndərmiş, şikayət xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. X3 Nəbi oğlu şikayətində barəsində xx.xx.2020-ci il tarixdə Bakı Şəhər DYPİ tərəfindən İXM-inin 211-ci maddəsi ilə qərara qəbul edilərək 100 manat məbləğində cərimə olunduğunu, həmin dövrdə mövcud qaydalara uyğun olaraq 8103-ə sms göndərək icazə aldığını, Daxili İşlər Nazirliyini rəsmi saytına müraciət etdiyini, şikayətinin 001- 24616H-4120 nömrə ilə qeydə alındığını, lakin ona bu müddətdə rəsmi cavab verilmədiyini, müraciətinə cavab verilmədiyindən şikayət müddətini ötürmədiyini göstərmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, şikayətçi barəsində xx.xx.2020-ci il tarixdə TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunsa da X4 həmin qərardan şikayət müddətini ötürmüş, şikayət müddətinin üzürlü sayılması ilə bağlı vəsatət verməmişdir. Şikayətçi Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə müraciət etdiyini, həmin müraciətə cavab gözlədiyini, hələ də rəsmi cavab almadığını və buna görə şikayət müddətini buraxmadığını göstərsə də bununla bağlı heç bir mötəbər sübutu məhkəmə təqdim etməmişdir. Buna görə də X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buna görə də məhkəmə belə hesab edir ki, X1 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəmə müraciət edilməsi mümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından, qərara aldım: X1 İXM-nin 211-ci maddəsi ilə cərimə edilməsinə dair qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-61/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-61/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver