Məhkəmə qərarları › İş №3(110)-61/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-61/2021

21.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-61/2021 21.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1985-ci ildə Şərur rayon Cəlilkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Cəlilkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati materiala baxaraq müəyyən etdim: Şəxs barəsində Şərur rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, 19.08.2021-ci il tarixdə təxminən saat 1930 radələrində onun üzərindən 0.10 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə iştirak edən inzibati xəta törətmiş Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında, təxminən 20 gün əvvəl Şahtaxtı gömrüyünə kafel metlax dəsti almaq üçün getdiyini, orada tanımadığı İran İslam Respublikası vətəndaşının ona yaxınlaşdığını, bir neçə dəqiqə söhbət etdikdən sonra həmin şəxsin ondan narkotik vasitə istifadə edib-etməməsini soruşduğunu, həmin şəxsə Türkiyədə olduğu müddətdə istifadə etdiyini, indi tapa bilmədiyini, ağrılarının olduğunu, olsa istifadə edəcəyini bildirdiyini, bu zaman həmin şəxsin ona qara rəngli kağızdan ibarət bir büküm verərək, bundan istifade et ağrıların keçəcək dediyini, sonra həmin bükümdəki maddədən bir dəfə evdə istifadə etdiyini, qala hissəsini isə ağrıları olanda istifadə etməsi üçün üzərində gəzdirdiyini, 19.08.2021-ci il tarixdə Cəlilkənd kənd mərkəzində olan zaman polis əməkdaşlarının onu saxladığını və Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini, orada hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış keçirildiyini və şalvarının sağ yan cibindən qara rəngli kağızdan ibarət içərisində narkotik vasitə olan metamfetamin aşkar edilərək götürüldüyünü, həmin bükümün ağ rəngli zərfin içərisində qablaşdırılaraq üzərinin imzalanadığını, barəsində protokol tərtib edildiyini, iştirakçılar tərəfindən protokolun imzalandığını, əməlindən peşman olduğunu, himayəsində 3 azyaşlı uşağın olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 vermiş olduğu izahatında, 19.08.2021-ci il tarixdə, təxminən saat 19:30 radələrində Şərur rayon ərazisində olan zaman polis əməkdaşlarının ona yaxınlaşdığını, ondan hal şahidi Polis bölməsinə qismində iştirak etməsini xahiş etdiklərini, o da onların xahişini qəbul edərək, Şərur rayon Polis şöbəsinə getdiyini, orada olan zaman sonradan adını öyrəndiyi X6 da gəldiyini, hər ikisinə hüquq və vəzifələrinin izah olunduğunu, sonra onlara adının Ramin olduğunu sonradan öyrəndikləri şəxsin təqdim edildiyini, həmin şəxsin üzərində şəxsi axtarış keçirildiyini adlı bir şəxsin təqdim edildiyini, onların iştirakı ilə həmin şəxsin üzərində şəxsi axtarış keçirildiyini, axtarış zamanı onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən qara rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürüldüyünü, həmin büküm onların iştirakı ilə açılan zaman içərisindən ağ rəngli toz şəkilli maddə müşahidə edildiyini, sonra həmin bükümün ağ rəngli zərfin içərisinə qablaşdırıldığını, həmin zərfin üzərinin onlar tərəfindən imzalandığını bildirdi. Məhkəmədə şahid qismində iştirak etməyən, lakin Şərur rayon Polis Şöbəsində şahid qismində izahat verən X8 vermiş olduğu izahatında, 19.08.2021-ci il tarixdə, təxminən saat 19:20 radələrində Şərur şəhər Elvin Şadlıq evinin yanında olduğu zaman polis əməkdaşlarının ona yaxınlaşdığını, ondan hal şahidi Polis bölməsinə qismində iştirak etməsini xahiş etdiklərini, o da onların xahişini qəbul edərək, Şərur rayon Polis şöbəsinə getdiyini, orada olan zaman sonradan adını öyrəndiyi X1 da gəldiyini, hər ikisinə hüquq və vəzifələrinin izah olunduğunu, sonra onlara adının Şəxs olduğunu sonradan öyrəndikləri şəxsin təqdim edildiyini, həmin şəxsin üzərində şəxsi axtarış keçirildiyini adlı bir şəxsin təqdim edildiyini, onların iştirakı ilə həmin şəxsin üzərində şəxsi axtarış keçirildiyini, axtarış zamanı həmin şəxsin şalvarın sağ yan cibindən qara rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürüldüyünü, həmin büküm onların iştirakı ilə açılan zaman içərisindən ağ rəngli toz şəkilli maddə müşahidə edildiyini, sonra həmin bükümün ağ rəngli zərfin içərisinə qablaşdırıldığını, həmin zərfin üzərinin onlar tərəfindən imzalandığını bildirdi. İş materiallarına əlavə olunmuş 19 avqust 2021-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən qara rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürülmüş, həmin büküm hal şahidlərinin iştirakçılıqları ilə müvafiq qaydada ağ rəngli zərfə qabalaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 19 avqust 2021-ci il tarixdə saat 2000-da inzibati qaydada tutulmuş və 21 avqust 2021-ci il tarixdə saat 12:30-da azad edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin 20 avqust 2021-ci il tarixli 234 nömrəli ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş kağız zərfin içərisindəki qara rəngli kağız bükümdə təmiz çəkisi 0.10 qram olan, ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət olan psixotrop maddə- metamfetamindir. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli aktdan görünür ki, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.08 qram psixotrop maddə metamfetamin “Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə X2 Obyekti №3” möhürü ilə möhürlənmiş və qablaşdırılmış vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılır. İş materiallarına əlavə olunmuş Şərur RPŞ Cinayət axtarışı bölməsinin rəisi polis mayoru X7 tərəfindən tərtib edilmiş 21.08.2021-ci il tarixli, 010094 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs üzərindən 19.08.2021-ci il tarixdə təxminən saat 1930 radələrində üzərindən 0.10 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM): 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, himayəsində xəstə anasının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi və gəncliyi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. İnzibati xəta üzrə maddi sübut olan ekspert tədqiqatından sonra xalis çəkisi 0.08 (sıfır tam yüzdə səkkiz) qram olan psixotrop maddə - metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar