Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-61/2023 27.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Babək rayon Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Babək rayon Cəhri kəndində qeydiyyatda duran və Şərur rayon Zeyvə kəndində yaşayan (FİN: 524N9YG) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il Şərur rayon Zeyvə kəndində xalası X2 məxsus evdən 1 ədəd 82 ekran “LG” markalı televizoru oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərini pozumuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Şərur rayon Zeyvə kəndində xalası X2 məxsus evdə qardaşı X7 ilə birlikdə yaşadıqlarını, xx.xx.2023-cü il tarixdə axşam saatlarında özünə 1 ədəd 1 litrlik araq alıb yarısını içib yatdığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 05:30 radələrində yuxudan oyanıb qalan arağı da içdiyini, daha sonra saat təxminən 08:50 radələrində qardaşı Samiq İsmayılovun evdən çıxaraq işə getdiyini, evdə xalasına məxsus “LG” markalı televizoru aparıb satmaq qərarına gəldiyini, saat təxminən 09:10 radələrində televizoru götürərək evdən çıxdığını, Şərur şəhərində yerləşən ticarət mərkəzinə getdiyini, orada olan zaman ticarət mərkəzinin həyətində olan telefon satışı ilə məşğul olan tanımadığı bir şəxsə yaxınlaşıb 50 manata televizor satdığını bildirdiyini, o isə 40 manata ala biləcəyini bildirdiyini, onunla razılaşıb teleizoru 40 manata satdığını, daha sonra ticarət mərkəzində olan yeməkxanaya gedərək orada yemək yeyib spirtli içki içdiyini, televizorun satışından əldə etdiyi qazancın hamısını orada xərclədiyini bildirdiyini, törətdiyi əməli səmimi olaraq etiraf etdiyini, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs X1 Respublikası ərazisində yaşadığından onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə inzibati xətaya dair işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 izahatında Samirin qardaşı olduğunu, qardaşı ilə birlikdə Şərur rayon Zeyvə kəndində xalası X2 məxsus evdə yaşadıqlarını, xx.xx.2023-cü il tarixdə heyvanları Zeyvə kəndində çölə aparan dayısı oğlu X5 ona zəng vuraraq qardaşı Samirin əlində televizor ilə gedərkən onu uzaqdan gördüyünü bildirdiyini, özünün isə dərhal polisə zəng vuraraq bu barədə məlumat verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X10 izahatında Samirin dayısı oğlu olduğunu, xx.xx.2023-cü il tarixdə Şərur şəhərində yerləşən bazarın yanından keçərkən bibisi oğlu Samirin əlində televizor ilə bazarda olduğunu gördüyünü, Samirin spirtli içki aludəçisi olduğundan onun həmin televizoru ya sındıraraq düzəltdirməyə gətirdiyini, ya da oğurlayaraq satmağa gətirdiyini düşündüyünü, ona görə də qardaşı Samiqə zəng vurararaq qardaşının bazarda televizor ilə gəzdiyini dediyini, daha sonra bazarı tərk etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Kamilli Toğrul Samil oğlu izahatında Şərur şəhər ərazisində yerləşən ticarət mərkəzində elektron əşyaların alışı və satışı ilə məşğul olduğunu, 18 fevral 2023-cü il tarixdə tanımadığı bir nəfər şəxsin işlətdiyi mağazanın yanına gələrək əlində gətirdiyi “LG” markalı, 82 ekran televizoru satdığını bildirdiyini, onun həmin televizora baxdıqdan sonra satın almaq qərarına gəldiyini və həmin tanımadığı şəxslə 40 manata razılaşdığını, daha sonra həmin şəxsdən televizorun oğurluq olub olmadığını soruşduğunu, həmin şəxsin ona televizorun özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirdiyini, onunla razılaşıb televizoru götürdüyünü və həmin şəxsə 40 manat pul verdiyini və onun şəxsiyyət vəsiqəsinin surətini götürərək özündə saxladığını, təxminən bir saat sonra polis əməkdaşlarının gələrək televizorun oğurluq olduğunu bildirdiklərini, onun həmin televizoru könüllü surətdə polis əməkdaşlarına təhvil verdiyini, daha sonra bu barədə polis əməkdaşlarının protokol tərtib etdiyini və onun həmin protokola öz imzasını çəkdiyini, televizorun alınması üçün ödədiyi 40 manat pulun ona qaytarıldığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X8 izahatında Şərur şəhər ərazisində yerləşən ticarət mərkəzində mağaza işlətdiyini, 18 fevral 2023-cü il tarixdə mağazada olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq Kamilli Toğrul Samil oğlunun mağazasına baxış keçiriləcəklərini bildirdiklərini və ondan həmin baxışda iştirak etməyini istədiklərini, onun onlarla razılaşıb Toğrul Kamilliyə məxsus mağazaya getdiyini, mağazaya baxış keçirən zaman mağazada olan şkafın içərisində 01 ədəd “LG” markalı, 82 ekran televizoru götürərək həmin televizoru qablaşdırdıqlarını, daha sonra tərtib edilmiş protokola öz imzasını çəkdiyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X2 məxsus olan Şərur rayon Zeyvə kəndində yerləşən, ona və ailə üzvlərinə etibar edilmiş evdən 01 ədəd “LG” markalı, 82 ekran televizoru mənimsədiyindən onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Şəxs 01 ədəd “LG” markalı, televizoru Şərur şəhər ərazisində yerləşən ticarət mərkəzində Kamilli Toğrul Samil oğluna satmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 224 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “LG” markalı, 82 ekran istifadə olunmuş televizorun 2023-cü ilin fevral ayı üçün orta bazar qiyməti təxminən 140 (bir yüz qırx) manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış 60 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin polis sahə inspektoru, X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009040 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il Şərur rayon Zeyvə kəndində Babək rayon Cəhri qəsəbəsi sakini Şəxs xalası X2 məxsus evdən 1 ədəd 82 ekran “LG” markalı televizoru oğurlayaraq ona maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, 1 ədəd 82 ekran “LG” markalı televizor Babək rayon Cəhri kənd sakini X3 təhvil verilmişdir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübut 01 ədəd “LG” markalı, 82 ekran televizor Babək rayon Cəhri kənd sakini X3 təhvil verilmişdir Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, nzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Naxçıvan MR Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-61/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-61/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver