Məhkəmə qərarları › İş №3(110)-62/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-62/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-62/2021 23.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 22.08.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində Şərur rayon Daşarx kəndi ərazisində yerləşən Sahil restoranında səs-küy salaraq ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 22.08.2021ci il tarixdə saat təxminən 15:00 radələrində dostu dostu Mahmudkənd sakini olan Elşən adlı şəxslə Şərur rayon Daşarx kəndində yerləşən “Sahil” restoranına getdiklərini, orada olarkən spirtli içki qəbul etdiklərini, dostu ilə uzun müddət həmin yerdə olduqlarını, yemək yeyib spirtli içki qəbul etdiklərini, təxminən gecə gec saatlarda çoxlu spirtli içki qəbul etdiyinidən özünü idarə edə bilmədiyini, restoranda səs-küy salaraq ictimai asayişi pozduğunu, həmin vaxt həmkəndlisi, həmin restoranı işlədən Əsrafil adlı şəxsin ona yaxınlaşaraq nə problem olduğunu soruşduğunu, onunla arasında problem yarandığını, bundan sonra həmin yerə gələn polis əməkdaşlarının onu Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd edərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında 2018-ci il tarixdən Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Sahil” restoranını sahibkar kimi işlətdiyini, 22.08.2021-ci il tarixdə kirvəsi Oğlanqala kənd sakini Mirhəsən Seyidovla birlikdə restoranda çay içdiklərini, bu zaman reestoranın həyətində səs-key gəldiyini eşitdiyini, həmin yerə yaxınlaşan zaman həmkəndlisi Sultan adlı şəxsin sərxoş vəziyyətdə uca səslə səs-key salaraq narahatçılıq yaratdığını gördüyünü, ona yaxınlaşıb sakit olmasını təlb etdiyini, onun içkili olduğunu görüb sakitləşdirdiyini, təxminən 10-15 dəqiqə sonra yenidən həmin şəxsin səs-küy saldığını görüb 102 xidmətinə zəng edərək polis əməkdaşlarını dəvət etdiyini, daha sonra Sultanın ona yaxınlaşaraq onunla mübahisə etməyə başladığını, restoranı dağıda biləcəyini, heç kimin ona heç nə edə bilməyəcəyini, həmin vaxt oraya gələn polis əməkdaşlarının Sultanı Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini bildirdi. Məhkəmədə iştirak etməyən, lakin Şərur rayon Polis Şöbəsində şahid qismində izahat verən X3 vermiş olduğu izahatında, 22.08.2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində Şərur rayon Daşarx kəndində yerləşən “Sahil” restoranına kirvəsi Əsrafilin yanına getdiyini, təxminən gecə saat 23:00 radələrində Əsrafilləə oturub çay içən zaman kənardan səs-küy gəldiyini eşitdiklərini, Əsrafilin həmin yerə getdiyini, təxminən 10-15 dəqiqə sonra geri qayıtdığını, ondan nə baş verdiyini soruşduğunu, Əsrafilin həmkəndlisi Sultan adlı şəxsin spirtli içi qəbul etdiyini, özünü idarə edə bilmədiyini, səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, Əsrafil qayıtdıqdan təxminən 20-dəqiqə sonra həmin şəxsin onların oturduğu masaya yaxınlaşdığını, Əsrafil ilə mübahisə etməyə başladıqlarını, bu zaman oraya gələn polis əməkdaşlarının Sultanı Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis şöbəsinin İTB-nin baş polis sahə inspektoru X1 tərəfindən tərtib edilmiş 23.08.2021-ci il tarixli, 010095 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22.08.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində Şərur rayon Daşarx kəndi ərazisində yerləşən Sahil restoranında səs-küy salaraq, ictimai qaydanı pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 22 avqust 2021-ci il tarixdə saat 2355-də inzibati qaydada tutulmuş və 23 avqust 2021-ci il tarixdə saat 15:30-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs 22.08.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində Şərur rayon Daşarx kəndi ərazisində yerləşən Sahil restoranında səs-küy salaraq ictimai asayişi pozmaqla, xırda xuliqanlıq hərəkəti edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 22 avqust 2021-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 22 avqust 2021-ci il tarixdən saat 23 55-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.4- cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 22 avqust 2021-ci il tarixdən saat 23 55-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar