Məhkəmə qərarları › İş №3(110)-63/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-63/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-63/2020 23.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Quliyev Röyal Vahid oğlunun, Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə,Şərur Rayon Polis Şöbəsidən daxil olmuş, xx.xx.1989-cu ildə Şərur rayonu Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi təsərüffatla məşğul olan, Şərur rayonu Mahmudkəndkəndində yaşayan Quliyev Röyal Vahid oğlunun barəsində xx.xx.1994-cü ilŞərur rayonu Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli 2 uşaqlı, işsiz, Şərur rayonu Mahmudkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Quliyev Röyal Vahid oğlu və Şəxs barəsində protokollar tərtib olunmuşdur ondan ötrü ki, həmin şəxslər xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Şərur rayon Mahmudkənd kəndində həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirərək döymüş, bununla da onlar Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdirlər. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmiş, lakin Quliyev Röyal Vahid oğlunun əməli şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Quliyev Röyal Vahid oğlu izahatında, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Şərur rayon Mahmudkənd kəndində özünə məxsus iribuynuzlu heyvanlarını çöldən gətirməyə gedəndə bacısının səsini eşitdiyini, onun səs gələn tərəfə getdiyini, orada bacısı Şəxs və qayınanası Bayraməliyeva Nabatın çöldən heyvanlarını apardıqlarını, heyvanlarını apararkən Zərərçəkmiş şəxs evinin yanında traktorun dayandığını, traktor yolu kəsdiyi üçün heyvanları apara bilmədiklərini, onun traktor sürücüsünə yaxınlaşıb yolu kəsdiyini dediyini, buna görə də bacısıgil heyvanları apara bilmədiklərini söylədiyini, bu zaman Zərərçəkmiş şəxs gəlib ona nalayiq ifadələr işlətdiyini, Əfsanənin onun üstünə gəldiyini, sürücümə heç nə deyə bilmərsən dediyini, həmin zaman problem olmasın deyə oradan uzaqlaşdığını, Əfsanə ilə aralarında 5-10 metr məsafə olduğunu, ona əlinin belə dəymədiyini, sonra heyvanlarını gətirmək üçün çölə çıxıb getdiyini, heç bir inzibati xəta törətmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Şərur rayon Mahmudkənd kəndində qayınanansı X3 ilə çölə heyvanlarını gətirməyə getdiklərini, heyvanları gətdirdikləri zaman onlara məxsus yerdə Mahmudkənd sakini Zərərçəkmiş şəxs pres gətirən traktorun oradan keçdiyini, traktorun həmin yerdə saxlanıldığı üçün heyvanları apara bilmədiklərini, qayınanasının traktor sürücüsünə traktorunu burada niyə saxladığını dediyini, sürücünün onlara məxsushəyətdən keçdiyi üçün üzr istədiyini, Əfsanənin sürücüyə sən onlardan niyə üzr istəyirsən dediyini, əksinə onlara qarşı nalayiq ifadələrlə nə etməli olduğunu dediyini, Zərərçəkmiş şəxs onlara nalayiq ifadələr işlədiyini, onlara tərəf gəldiyini, onların arasında mübahisə yarandığını, qayınanasının onları aralamaq üçün araya girdiyini, Əfsanənin qayınanası Nabatı vurduğunu, həmin vaxtı qardaşının onlara yaxın gəlmədiyini, xatırlamadığı digər kənd sakinlərinin onları aralaşdırdığını bildirdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2020-ci il tarixdə Kürkənd kənd sakin Qafarov Yadulla adlı şəxsdən presi aldığını, həmin şəxsin xx.xx.2020-ci il tarixdə 19:00 radələrində presi həyətlərinə gətdiklərini, traktorun dönməyə yeri olmadığı üçün onun həmkəndlisi Bayraməliyeva Nabatın həyətindən dönmək istədiyini, bu zaman Bayraməliyeva Nabat və gəlini çöldən iribuynuzlu heyvanlarını gətirdiklərini, Bayraməliyeva Nabat traktor sürücüsünə yaxınlaşaraq oradan niyə dayandığını sorusduğunu, sürücüyə nalayiq ifadələr işlətməyə başladığını, sürücünün Nabatdan üzr istədiyini, həmin vaxtıQuliyev Röyal Vahid oğlu uzaqdan uca səslə nalayiq ifadələr işlətdiyini, sürücüyə traktorunun yoldan çəkməyini bildirdiyini, onun iribuynuzlu heyvanların keçməsi üçün yer olduğunu Röyala dediyini,Röyalın ona nalayiq ifadələr işlətdiyini, bu zaman Röyalın bacısıŞəxs ona tərəf gəlidiyini, Röyalın onun saçından tutduğunu, Şəhanənin də saçından yolduğunu bildirdi. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X4 izahatında, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:00 radələrində Şərur rayonu Mahmudkənd sakini Əfsanə adlı şəxsin həyətinə yonca presi aparıb boşaltdığını,orada yerləşən həyətdən çöndüyünü, sonra Əfsanə ilə haqq hesab edən zaman traktoru yoldasaxladığını, yaşlı qadının ona tərəf nalayiq ifadələr işlədərək traktoru yolda niyə saxladığını soruşduğunu, onun qadından həyətindən traktoru keçdiyi üçün üzr istədiyi, cavan oğlanın100 metr aralıdan uca səslə traktoru çəkməyini bildirdiyini, bu zaman gəlinin iribuynuzlu heyvanları gətirdiyini, həmin heyvanların keçməsi üçün yetərli yer olduğunu dediyini, bundan sonra Əfsanə ilə onların arasında mübahisə yarandığını, cavan gəlin ilə Əfsanənin savaşdığını, sonra nə baş verdiyini bilmədiyini, oranı tərk edib öz yaşadığı kəndə getdiyini, sonra orada nə baş verdiyini bilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:00 radələrində həyətində olduğunu, oğlunun gəlib küçədən səs gəldiyini dediyini, oğluna özünün küçəyə çıxacağını bildirdiyini, bu zaman qızı və qızının qayınanasının çöldən heyvanlarını gətirdiyini, Əfsanəgilin evinin yanında traktor dayandığını, qızıgilin heyvanları apara bilmədiklərini, traktorun sürücüsünə traktoru yoldan çəkməsini istədiyini, Əfsanənin qızını söydüyünü, qızı Şəhanə ilə mübahisə etdiyini, Nabatın onları aralaşdırmağa cəhd etdiyini, Əfsanənin həmin vaxt Nabatın qolundan və yaxasında tutuaraq ona xəsarət yetirdiyini, oğluRöyalın isə onlardan aralıda olduğunu, onunla Əfsanənin arasında 3-4 metr məsafə olduğunu,oğluna oradan getməsini dediyini, oğlunun da çıxıb çölə heyvan gətirməyə getdiyini bildirdi. Sənədlər: İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2020-ci il tarixli 70 №-li rəyindən görünür ki, Ələsgərov Zərərçəkmiş şəxs ənsə nahiyəsində qançır, bərk küt əşynın təsirindən törəməyə xarakterikdirlər, xəsarətlərin yetirmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri müəyyən edilmir. İş materiallarında olan tibbi arayışlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Quliyev Röyal Vahid oğlu və Şəxs praktik sağlamdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Quliyev Röyal Vahid oğlunun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati protokol təritb olunmuş, həmin protokola görə Quliyev Röyal Vahid oğlu Zərərçəkmiş şəxs döyməsinə görə təqsirli bilinmişdir. Lakin şəxsin əməli məhkəmə araşdırması zamanı şahid ifadələri ilə öz təsdiqini tapmamışdır.Quliyev Röyal Vahid oğlunun əməlində İXM-in 157-ci maddəsinin tərkibi yaranmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şəxs əməli isə düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxsbarəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxslərŞəxsAzərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Quliyev Röyal Vahid oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yaranmadığından onunla bağlı hissədə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar