Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-63/2021 01.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Oğlanqala kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 31 avqust 2021-ci il tarixdə saat 20:40 radələrində Şərur rayon Oğlanqala kənd mərkəzində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 31.08.2021-ci il tarixdə saat təxminən 19:20 radələri olduğunu, özünə məxsus olan ** BF *** nömrəli niva markalı maşınla çöldən gəldiyini, kənd mərkəzindən avtomobildə yüksək səslə mahnıya qulaq asaraq keçdiyini, evlərinə çatdıqda qapının ağzında olan zaman Çərkəz müəllimin ona yaxınlaşaraq onunla işi olduğu üçün onu yanına çağırdığını, maşından düşüb onun yanına getdiyini, ona çox hörmət etdiyini dediyini, nə hörmət etdiyini ondan soruşduğunu, sonra anasının oraya gəldiyini, orada nə baş verdiyini soruşduğunu, Çərkəzin onun tərbiyəsizlik etdiyini anasına dediyini, ona çox hörmət etdiyini dediyini, anasının nə hörmət etdiyini soruşanda, Çərkəzin onun boynundan sıxdığını, günorta mağazanın qarşısında oturanda orada oturamağını istəmədiyini dediyini, sonra çıxıb getdiyini, bir az keçdikdən sonra qayıdıb gələrək ona oradan rədd olub getməyini dediyini, aralarında mübahisə olduğunu, polis əməkdaşının onu Şərur rayon Polis şöbəsinə dəvət etdiyini, oraya getdiyini, barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında 31 avqust 2021-ci il tarixdə təxminən saat 20:30 radələrində Şərur rayon Oğlanqala kəndi ərazisində xidmət aparan zaman Şəxs Çərkəz oğlunun avtomobillə kənd mərkəzində yüksək sürətlə və uca səslə mahnıya qulaq asaraq keçdiyini, ona irad bildirmək üçün yanındakı polis nəfəri ilə xidməti avtomobilə əyləşərək onun arxasıca getdiklərini, Gündüzün yaşadığı evə çatdıqda onu yanına dəvət etdiyini, ona etdiyi əməllə ictimai qaydanı pozduğunu bildirdiyini, Gündüzün ona məhəl qoymadığını, ona qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra onu Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini və barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X1 da, şahid X2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs 31 avqust 2021-ci il tarixdə saat 20:40 radələrində Şərur rayon Oğlanqala kənd mərkəzində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan 01.09.2021-ci il tarixli 010098 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 avqust 2021-ci il tarixdə saat 20:40 radələrində Şərur rayon Oğlanqala kənd mərkəzində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 31 avqust 2021-ci il tarixdə Şərur rayon Oğlanqala kənd mərkəzində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqla İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-63/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-63/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver