Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-63/2023 27.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Şərur rayon Kosacan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaqlı, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Kosacan kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 012323 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 3 icra sənədi üzrə 500 manat aliment borcunu və 4889 manat pul vəsaitini ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 2 ay əvvələdək Laçın rayonunda müddətdən artıq xidmət etmək edən hərbi qulluqçu olduğunu, aylıq alimentin onun əmək haqqından tutulduğunu, 4100 manat pul borcundan da 300 manatının əmək haqqından tutulduğunu, iki aydır ki işdən çıxdığını, buna görə alimenti və digər borclarını ödəyə bilmədiyini, ona iki ay vaxt verilərsə evini satıb bütün borclarını ödəyəcəyini bildirərək, alimentin tutulmasında məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-665/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Şəxs Heydər oğlundan 600 manat əsas, 60 manat dəbbə pulu olmaqla ümumilikdə 660 (altı yüz altmış) borc və ödənilmiş 26.4. (iyirmi altı manat qırx qəpik) dövlət rüsumunun alınaraq X1 ödənilməsinin qət edildiyini, eyni zamanda Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-239/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanması üün hər uşaq üçün 125 manat olmaqla ümumilikdə 250 manat miqdarına aliment tutularaq anası Şərur rayon Kosacan kəndində qeydiyyatda duran X3 ödənilməsinin və 50 (əlli) manat dövlət rüsumunun alınaraq dövlət nəfinə ödənilməsinin qət edildiyini, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 69/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Kosacan kənd sakini cavabdeh Şəxs X3 məxsus olan 3 ədəd sep, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd qolbaqdan ibarət itmiş əşyalar və ya onların ümumi dəyəri olan 4100 (dörd min bir yüz) manat məbləğində pulun və 61 (altmış bir) manat dövlət rüsumunun əvəzi alınaraq tutularaq iddiaçı X5 ödənilməsinin qət edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclunun barəsində axtarış qərarı çıxarıldığını, lakin həmin şəxsin aliment borcunu və digər borclarını ödəmədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədlərinin icrasından boyun qaçırıldığını, tələbkarların da hər gün zəng edərək borclarının ödənilməsini tələb etdiklərini, işdən çıxdığı üçün borcların əmək haqqına yönəldilə bilmədiyini, 2 aylıq aliment borcunu və digər borclarının ödənilmədiyini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs izahatından və iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədləri üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-665/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Şəxs Heydər oğlundan 600 manat əsas, 60 manat dəbbə pulu olmaqla ümumilikdə 660 (altı yüz altmış) borc və ödənilmiş 26.4. (iyirmi altı manat qırx qəpik) dövlət rüsumunun alınaraq X1 ödənilməsi qət edilmiş, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 22(110)-239/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanması üün hər uşaq üçün 125 manat olmaqla ümumilikdə 250 manat miqdarına aliment tutularaq anası Şərur rayon Kosacan kəndində qeydiyyatda duran X3 ödənilməsinin və 50 (əlli) manat dövlət rüsumunun alınaraq dövlət nəfinə ödənilməsinin qət edilmiş və Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 110)-69/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Kosacan kənd sakini cavabdeh Şəxs X3 məxsus olan 3 ədəd sep, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd qolbaqdan ibarət itmiş əşyalar və ya onların ümumi dəyəri olan 4100 (dörd min bir yüz) manat məbləğində pulun və 61 (altmış bir) manat dövlət rüsumunun əvəzi alınaraq tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli, 012323 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 3 icra sənədi üzrə 500 manat aliment borcunu və 4889 manat pul vəsaitini ödəməkdən yayınmış və icra məmurunun qanuni ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına daşınar və ya daşınmaz əmlak yoxdur, pensiya, əmək haqqı və sosial ödəniş almır,. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs aradan keçən uzun müddət ərzində icra sənədlərini icra etməməsini, icra şöbəsinə gəlməməsini, onun icra şöbəsinə yalnız axtarış qərarı əsasında polis əməkdaşları vasitəsi ilə gətirilməsini, bir icra sənədi üzrə bu günədək aylıq aliment ödənişləri onun əmək haqqı kartından tutulsada, bir icra icra sənədi üzrə 300 manat, digər icra sənədi üzrə ümumiyyətlə ödəniş etməməsini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-63/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-63/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver