Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-63/2025 06.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sədərək rayon Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: 0UXR52M) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 26 fevral 2025-ci il tarixdə Şərur rayon Mahmukəndində yerləşən Arpaçay restoranında ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 25 fevral 2025-ci il tarixdə Şərur rayonunda yerləşən Arpaçay adlı restoranda dostları ilə yeyib içdiyini, bir müddət sonra restoranın müdürünün yanına getdiyini, bura onun dostu Qayanın restoranı olduğunu, buranı o necə götürdüyünü dediyini, o da qayıdıb sən kimsən gəlib məndən soruşursan dediyini, o da içkili olduğunu, aralarında mübahisə yarandığını, içkili olduğu üçün ucadan səs-küy saldığınıoranı işlədən adamın polisə zəng vurduğunu görüb o çıxıb getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında Şərur rayon Mahmukəndində yerləşən Arpaçay restoranında ofisant işlədiyini, xx.xx.2025-ci il tarixdə tanımadığı müştərilər gəldiyini, oturub içki içtiklərini, sonra qız dəvət etdiklərini, qızda oturmadıqda Elnur adlı şəxs səs-küy salmağa başladığını, onlar onu sakitləşdirmək istədiklərini, o isə sərxoş olduğundan hərəkətlərini davam etdirdiyini, müdürləri Mirhəsən polisə şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında Şərur rayon Mahmukəndində yerləşən Arpaçay adlı restoranı icarəyə götürüb işlətdiyini, 26 fevral 2025-ci il tarixdə restorana Sədərək rayon Dəmirçi kənd sakini Elnur adlı şəxs dostları ilə gəlib yeyib içdiyini, sonra ona qarşı ucadan səslə nalayiq ifadələr işlətməyə başladığını, o onu sakitləşdirib yola salmaq istədiyini, yenə onu və işçilərini təhqir etməyə başladığını, o da Şərur rayon Polis idarəsinə zəng vururb bildirdiyini, Elnur polisə zəng vurduğunu gördüyünü, çıxıb getdiyini, səhəri gün qardaşı və qohumları ona zəng vurub Elnurun əvəzinə üzr istədiklərini, içkili olubdur bağışla dediklərini, o da Elnura deyin bir də mənim restoranıma gəlməsin dediyini, Etdiyi müraciətlə bağlı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş: - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 fevral 2025-ci il tarixdə Şərur rayon Mahmukəndində yerləşən Arpaçay restoranında ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şəxs 26 fevral 2025-ci il tarixdə Şərur rayon Mahmukəndində yerləşən Arpaçay restoranında ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmiş bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin o qədərdə ictimai təhlükəli olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-63/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-63/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver