Məhkəmə qərarları › İş №3(110)-64/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-64/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-64/2020 23.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şərur rayon Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq anası, orta təhsilli, işsiz, Şərur rayon Mahmudkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 19:20 radələrində Şərur rayon Mahmudkənd kəndində uca səslə qışqır-bağır salmaqla nalayiq ifadələr işlətmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:15 radələrində bacısı qızı Mədinənin ona zəng edərək, “anamı döyürlər, tez gəl” dediyini, evdən çıxıb qaça-qaça bacısı Əfsanənin evinə getdiyini, ora çatanda bacısının divarın yanında yıxılıb qaldığını gördüyünü, həmin vaxt təcili yardıma zəng edib həkim çağırdığını, həkimin ona oranı tanımıram dediyini, qardaşının oğlunu ambulansı gətirməsi üçün yola çıxardığını, onun ambulansı həmin yerə gətirdiyini, həkim bacısını müayinə etdikdən sonra çıxıb getdiyini, təxminən 10-15 dəqiqə sonra bacısının halının yenidən pisləşdiyini, onu Şərur rayon Mərkəzi Xəstəxanasına apardığını, orada həkimlərin bacısı Əfsanəni yenidən müayinə etdiklərini, təxminən 25-30 dəqiqə orada qaldıqdan sonra evə getdiklərini, bacısının halı yaxşı olmadığıdan onun yanında qaldığını, Bayraməliyeva Nabata qarşı heç bir nalayiq ifadə işlətmədiyini, onların yaşadığı ünvana getmədiyini, onların həyətinə daş atmadığını qeyd edərək məhkəmədən onun barəsində olan inzibati xətaya dair işin rədd edilməsini xahiş etdi Məhkəmədə şahid qismində dindirilən X4 izahatında həmin vaxt Şərur rayon Şahbulaq kəndində bacısının evində olduğunu, hadisə ilə bağlı heç bir məlumatının olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 ifadəsində xx.xx.2020-ci il tarixdə təxminən saat 19:00 radələrində qaynanası X3 ilə birlikdə özlərinə məxsus olan iribuynuzlu heyvanlarını gətirmək üçün çöl torpağına getdiklərini, heyvanları gətirərkən traktorun onların yerindən keçdiyini gördüklərini, traktorun yolu bağladığını, heyvanları keçirə bilmədiklərini, qaynanasının traktorun sürücüsünə “traktoru niyə buradan çöndərirsən, bizim yolu kəsmisən” dediyini, bunu eşidən X2 həyətindən çıxıb onlara tərəf getdiyini, onların üstünə hücum etdiyini, onlara nalayiq ifadələr işlətdiyini, Əfsanənin, qaynanası Nabat Bayraməliyevanın üstünə getməsindən qorxduğu üçün araya girdiyini, Əfsanənin onun başına bir neçə dəfə əl atdığını, sonra aralaşdıqlarını, ona fikir vermədən evə getdiyini, daha sonra Əfsanənin bacısı Şəxs onların həyətinə gedərək, həyət qapısını döydüyünü, uca səslə nalayiq ifadələr işlətdiyini, qorxduqları üçün qapını açmadıqlarını, Püranənin onların qapısına, həyətlərinə daş atdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində Əfsənə Ələkbərova ilə qonşu olduqlarını, xx.xx.2020-ci il tarixdə öz həyətlərində oturan zaman səs-küy eşitdiyini, həyət qapısı açıq olduğundan Əfsanə ilə bacısı Püranənin, qonşusu Sürəyyagilə tərəf getdiklərini, oradan qayıdaraq digər qonşu Nabat Bayraməliyevanın evinə tərəf getdiklərini gördüyünü, səs-küy eşitdiyini, qapının döyülməsini görmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində xx.xx.2020-ci il tarixdə otlaq sahəsindən iribuynuzlu heyvanlarını gətirərkən Əfsanə Əkbərova ilə Nabat Bayraməliyevanın mübahisə etdiklərini gördüyünü, başqa heç nədən xəbərinin olmadığını bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 19:20 radələrində Şərur rayon Mahmudkənd kəndində uca səslə qışqır-bağır salmaqla nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiqatı zamanı Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar