Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-64/2023 27.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində sərxoş halda polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXMnın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında bacısının ona məxsus evdə yaşadığını, xx.xx.2023-cü il tarixdə içkili olduğu üçün bacısına evdən çıxmasını bildirdiyini, buna görə də bacısı və anası ilə mübahisə etdiklərini, xx.xx.2023-cü il tarixdə Şərur bazarında dayısıoğlu ilə söhbət edərkən Şərur şəhərinin sahə müvəkkili Vurğun müəllim ona barəsində şikayət olduğunu bildirərək onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiyini, heç bir müqavimət göstərmədən onunla Şərur Rayon Polis İdarəsinə getdiyini, orada bacısının xx.xx.2023-cü il tarixdə onun barəsində polisə şikayət etdiyini öyrəndiyini, Şərur Rayon Polis idarəsində həkim müainəsindən keçdiyini, axşam çox içdiyi üçün müayinə zamanı da içkili olmasının müəyyən edildiyini, günorta saatlarına qədər Şərur Rayon Polis İdarəsinin həyətində oturduğunu, günortadan sonra onu Şərur Rayon Polis İdarəsinin zirzəmisinə apardıqlarını, xx.xx.2023-cü il tarixdən bu günədək onu orada saxladıqlarını, orada izahat verdiyini, lakin iş materialında olan izahatın onun verdiyi izahat olmadığını, orda yazılanların 2 ay əvvəl yenə də bacısı ilə mübahisə edərkən polis işçiləri gəldiyi zaman onlara verdiyi izahat olduğunu, bu hadisə zamanı polis işçilərinin onlara gəlmədiyini, həmin izahatı məcburi imzaladığını, polisin heç bir qanuni tələbinə tabesizlik göstərmədiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında Şəxs onun oğlu olduğunu, hər gün içib evə gələrək dava saldığını, xx.xx.2023-cü il tarixdə gecə yenə evə içkili gəldiyini, evdə narahatçılıq yaratdığını, bacısı ilə mübahisə etdiklərini, səhər bacısının onun barəsində Şərur Rayon Polis İdarəsinə şikayət etdiyini, bundan sonra oğlu Şəxs Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini öyrəndiyini, sonradan onu da Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini orada izahat verdiyini, oğlunun xx.xx.2023-cü il tarixdən Şərur Rayon Polis İdarəsində olduğunu, evə gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında Şərur rayon Polis İdarəsinin PPB-nin polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis İdarəsində xidmətdə olan zaman təqribən saat 23:00 radələrində 102 xidmətinə zəng gəldiyini, şikayət əsasında həmin ünvana getdiklərini, orada Şəxs içkili vəziyyətdə nalayiq ifadələr işlətdiyini gördüklərini, Şəxs nizam-intizama dəvət etdiklərini, lakin həmin şəxsin onların qanuni tələblərinə tabe olmayaraq öz əməllərini davam etdirdiyini, daha sonra onu sakitləşdirib Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 75 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1.72 promil içkili olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0332 nömrəli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokol"a əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0335 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 0030-da inzibati qaydada tutulmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli 009042 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində sərxoş halda polis işçisinin əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahid X1 izahatlarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında evə içkili gələrək evdə mübahisə yaratsa da, səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə bacısı Şərur Rayon Polis İdarəsinə şikayət etdikdən sonra o, Şərur Rayon Polis İdarəsinə dəvət edilmiş və Şərur şəhəri üzrə sahə müvəkkilinin iştirakı ilə Şərur Rayon Polis İdarəsinə getmişdir. İş materialında olan sənədlərlə onun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən imtina etməsi, eyni zamanda polisin hər hansı qanuni tələblərinə qəsdən tabe olmaması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta tərkibinin yaradır. Bu isə onu deməyə əsas verir ki, hazırki vəziyyətdə Şəxs əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı zamanı inzibati xətaya dair iş materialında olan sənədlərdə bir çox uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, sənədlərdə olan tarixlər qaralanmış, xx.xx.2023-cü il tarixli 009042 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində sərxoş halda polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması qeyd edilsədə, xx.xx.2023-cü il tarixli 0335 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs artıq xx.xx.2023-cü il tarixdə saat 0030-da inzibati qaydada tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, şahid X2 izahatı digər şahidin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, eyni zamanda iş materialında olan sənədlərlə ziddiyyət təşkil etdiyindən mötəbər sübut kimi nəzərə alınmır və qiymətləndirmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-64/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-64/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver