Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-64/2024 04.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, ticarətlə məşğul olan, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur şəhərində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 03 mart 2024-cü il tarixdə axşam saat 23:00 radələrində kənddə taksi fəaliyyəti ilə məşğul olan qazi Hüseynlə birlikdə “Sahil” restoranına yeyib içməyə getdiklərini, Hüseyn də içdiyindən öz avtomobili idarə edə bilmədiyini, məcbur qalaraq əmisi oğlu Hacıya zəng vurduğunu və gəlib onları evə qaytarmasını istədiklərini, bir müddət keçdikdən sonra Hacının ona zəng vurduğunu və avtomobili polislərin saxladığını bildirdiyini, yenidən Hacıya zəng vurduğunu və polislərdən maşını buraxmağını istədiklərini, avtomobilin cərimə meydançasına getdiyini öyrəndikdən sonra onların “Sahil” restoranından çıxdıqlarını və bir taksiyə oturub polis idarəsinə gəldiklərini, bu zaman içkinin də təsirindən polis əməkdaşlarına və Daxili İşlər nazirinin şəxsiyyətinə nalayiq ifadələr işlətdiyini, şəhid ailəsi olduğumdan polis əməkdaşlarının ondan getməsini xahiş etdiklərini, lakin içkinin təsirindən onlara məhəl qoymadığını, nalayiq ifadələr işlətməyə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 Rayon Polis İdarəsində CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 04 mart 2024-cü il tarixdə Şərur Rayon Polis İdarəsində Əməlyyat- İstintaq qrupunda olan zaman saat təxmini 01:00-02:00 radələrində YPX əməkdaşlarının **-BC-*** nömrəli avtomobilin sürücüsünün hüquqsuz idarə etdiyinə görə gətirildiyini bildirdiklərini, bir müddət keçəndən sonra Zamin adlı şəxsin gəldiyini və özünü şəhid qardaşı kimi təqdim edərək polis nəfərlərinə qarşı nalayiq ifadələr işlətdiyini, sakit olmasını və sözlərinə diqqət etməsini dediyini, nizam-intizaman dəvət etdiyini, sözlərinə məhəl qoymayaraq onu, digər əməkdaşları habelə Daxili İşlər Nazirliyinin rəhbərliyinə qarşı nalayiq ifadələr işlətməyə davam etdiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X7 izahatında və verilən suallara cavabında Şərur Rayon Polis İdarəsində YPXB-nin polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə gecə 00:00-dan səhər 08:00-dək xidmət aparan zaman Şərur rayon Qarxun kənd ərazisində reyddə olan zaman saat təqribi 00:00 radələrində **-BC-*** dövlət qeydiyyat nişanlı “Vaz 21007” markalı avtomobilə saxla işarəsi verib saxladıqdan sonra sənədləri təqdim etməsini istədiklərini və yoxladıqdan sonra sürücülük vəsiqəsinin olmamasını bildirdiyini, bu zaman onun avtomobilinin cərimə meydançasına aparılacağı və barəsində inzibati protokol tərtib olunacağını bildirdiyini, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 əmisi oğlu Zaminə zəng vurduğunu, onunla biraz danışdığını və az müddətdən sonra Zaminin yenidən zəng edərək onlara şəhid qardaşı olduğunu onsuz da avtomobili gəlib çıxaracaqlarını dediyini, onların avtomobili Şərur Rayon Polis İdarəsinin cərimə meydançasına gətirdiklərini,bir müddət keçdikdən sonra Zaminin gəldiyini və onlara qarşı nalayiq ifadələr işlətdiyini, ona getməsini onluq bir məsələ olmadığınıə bildirdiklərini, yenidən onlara qarşı nalayiq ifadələr işlətdiyini və Daxili İşlər nazirinin şəxsiyyətinə qarşı nalayiq ifadələr işlətməyə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 Rayon Polis İdarəsində YPXB-nin polis nəfəri vəzifəsində işlədiyini, 04 mart 2024-cü il tarixdə saat təqribən 1-ə qalmış Şərur rayonu Qarxun kənd ərazisində reyddə olan zaman **-BC-*** dövlət qeydiyyat nişanlı “Vaz 21007” markalı avtomobili saxladıqlarını və sənədlərini təqdim etməsini istədiklərini, həmin zaman o və polis nəfəri Xəyalın sənədləri istədikdə X1 idarə etdiyi avtomobili hüquqsuz idarə etməsinin məlum olduğunu, bu zaman avtomobili cərimə meydançasına aparacaqlarını bildirdiklərini, daha sonra Hacı adlı şəxsin əmisi oğlu X4 zəng edərək, onun köməklik etməsini istədiyini, daha sonra yenidən Zamin adlı şəxsin Hacı adlı şəxsin telefonuna zəng edərək özünü şəhid qardaşı kimi təqdim etdiyini, onlar yəni, o və Xəyalın həmin avtomobili cərimə meydançasına gətirdiklərini, bu zaman bir müddət keçdikdən sonra Zamin adlı şəxsin polis idarəsinə gəldiyini və polisləri, habelə, Daxili İşlər nazirini söyüb, nalayiq ifadələr işlətdiyini, şəhid ailəsi olduğu üçün heç kimin heç nə edə bilməyəcəyini bildirdiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXMnın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli 46 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1,44 promilli sərxoşluq dərəcəsi aşkar edilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-64/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-64/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver