Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-65/2020 23.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1984-cü ildə Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,dörd uşaq atası, orta təhsilli, işsiz, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Fərəcov X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(022)-113/2019 nömrəli qərarı ilə 450 manat, xx.xx.2019-cu il tarixli 3(022)-145/2019 nömrəli qərarı ilə 240 manat, xx.xx.2019-cu il tarixli 3(022)-336/2019 nömrəli qərar ilə 760 manat və xx.xx.2019-cu il tarixli 3(022)-336/2019 nömrəli qərar ilə 680 manat inzibati qaydada cərimə edilməsinə baxmayaraq icra sənədinin icrasından boyun qaçırmış və edilmiş xəbərdarlıqlara məhəl qoymamış, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, şahid və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Biləsuvar Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada cərimə olunduğunu, bu cərimələri ödəməli olduğu halda heç bir ödəniş etmədiyini, haliyyədə heç bir yerdə işləmədiyini və maddi imkanının olmadığını, bu səbəbdən də barəsində olan icra sənədləri üzrə borcların olduğu kimi qaldığını, buna görə də izahatında göstərilənləri nəzərə alıb məhkəmədən onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən Şərur Rayon Məhkəməsnin İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında Biləsuvar Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 3(022)-113/2019 nömrəli, xx.xx.2019-cu il tarixli 3(022)-145/2019 nömrəli, xx.xx.2019-cu il tarixli 3(022)-336/2019 nömrəli və xx.xx.2019-cu il tarixli 3(022)- 336/2019 nömrəli qərarları Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs 5-6 dəfə şifahi xəbərdarlıq edildiyini, 1 dəfə borclunun yazılı izahatının alındığını, lakin həmin şəxsin borcunu ödəmədiyini, məhkəmə qərarının icrasından yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədlərinin icrasından müxtəlif bəhanələr gətirməklə boyun qaçırdığını, icra sənədində göstərilən ümumilikdə 2130 manat inzibati cərimənin ödənmədiyini, bu gün isə borcluya məhkəmə qərarının icrasından yayınmanın nəticələri izah olunduğu zaman ona “səni qucağımda böyütmüşəm, indi mənə qarşı çıxırsan? Get bildiyini elə, əlindən gələni əsirgəmə” deyərək etik davranış qaydalarına zidd olan hərəkərtlər etdiyini, məhkəmə qərarının icrasından üzürsüz olaraq yayındığını və buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şərur Rayon Məhkəməsnin İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 izahatında bu gün koridorda olarkən Şəxs icra məmuru X3 “səni qucağımda böyütmüşəm, indi mənə qarşı çıxırsan? Get bildiyini elə, əlindən gələni əsirgəmə, mən ödəməyəcəyəm” dediyini eşitdiyini, dərhal onların yanına yaxınlaşaraq Şəxs etik davranış qaydalarını pozduğunu bildirdiyini, onu nizam-intizama dəvət etdiklərini və bu barədə akt tərtib olunduğunu bildirdi. Sənədlər: İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(022)- 113/2019 nömrəli qərarından görünür ki, Şəxs 450 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(022)- 145/2019 nömrəli qərarından görünür ki, Şəxsn 240 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(022)- 336/2019 nömrəli qərarından görünür ki, Şəxs 760 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(022)- 52/2020 nömrəli qərarından görünür ki, Şəxs 680 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan icrarata başlama haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, borcya borcunu xx.xx.2020-ci il tarixədək ödəyəcəyinə dair vaxt verilməsinə baxmayaraq göstərilən tarixdə borcunu ödəməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Şəxs məhkəmə qərarının icrasından yayınmanın nəticələri izah olunduğu zaman icra məmuruna “səni qucağımda böyütmüşəm, indi mənə qarşı çıxırsan? Get bildiyini elə, əlindən gələni əsirgəmə” deyərək etik davranış qaydalarına zidd olan hərəkərtlər etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-65/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-65/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver