Məhkəmə qərarları › İş №3(110)-65/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-65/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-65/2021 10.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, 09.09.2021-ci il tarixdə saat 18:40 radələrində Şərur rayon Düdəngə kənd sakininin avtomobilindən 71 manat pul oğurlamaqla ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, uzun müddətdir valideynlərinin Türkiyə Respublikasında yaşadığını, özünün isə Şərur rayon Zeyvə kəndində yaşadığını, bir ay olar ki, “Gəmiqaya” şirkətindən onu işdən çıxardıqlarını, valideynlərinin ona göndərdiyi pul ilə dolandığını, müxtəlif yerlərə müraciət etsə də, iş tapa bilmədiyini, hadisə olan gün yoldan keçərkən uzaq qohumu olan Həbibin və onun atasının maşın düzəltdiklərini gördüyünü, kömək üçün onlara yaxınlaşdığını, ona maşının əyləcini sıxıb saxlamağı dediklərini, bu zaman maşının içərisində pul gördüyünü, borcu olduğu üçün pulu oradan götürərək cibinə qoyduğunu, daha sonra evlərinə getdiyini, götürdüyü pulu evdə sayan zaman 71 manat olduğunu gördüyünü, axşam tərəfi kəndin sahə inspektoru Ramil müəllimin onu polis şöbəsinə dəvət etdiyini, iki hal şahdiinin iştirakı ilə onun üzərinə baxış keçirildiyini, üzərindən bir ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 1 manatlıq əskinasın, özünə məxsus 1 ədəd samsung markalı mobil telefonun və şəxsiyyət vəsiqəsinin götürüldüyünü, əməlindən peşman olduğunu bildirərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 vermiş olduğu izahatında 09.09.2021-ci il tarixdə evdən çıxaraq Şərur şəhərinə getmək istəyərkən avtomobilinin işə düşmədiyini gördüyünü, avtomobilə baxdıqda onun pompasının xarab olduğunu gördüyünü, rayona taksi ilə rayona gedib pompanı alıb kəndə qayıtdığını, həmin gün saat 18:00 radələrində atası ilə birlikdə avtomobili təmir edərkən kömək üçün uzaq qohumları olan Şəxs çağırdığını, avtomobilin əyləcini sıxıb saxlamaq üçün Dünyaminin avtomobildə oturduğunu, daha sonra ona zəng gəldiyi üçün oradan çıxıb getdiyini, avtomobili düzəltdikdən sonra avtomobili idarə edərkən orada ola 71 manat pulun yerində olmadığını gördüyünü, bu barədə kəndin sahə inspektoru Ramil müəllimə müraciət edtiyini, araşdırmadan sonra pulu Şəxs götürməsinin müəyyən olunduğunu qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında 09.09.2021-ci il tarixdə Düdəngə kənd sakini X1 ona müraciət edərək avtomobilindən 71 manat pulun oğurlandığını dediyini, araşdırma zamanı atası və Şəxs həmin vaxt birlikdə onun avtomobilinin yanında olduqlarının müəyyən olunduğunu, daha sonra Dünyaminin evinə gedərək ondan pul barəsində soruşduğunu, Dünyaminin pulu götürdüyünü etiraf etdiyini, onu polis şöbəsinə dəvət etdiklərini, hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 1 manatlıq əskinasın, özünə məxsus 1 ədəd samsung markalı mobil telefonun və şəxsiyyət vəsiqəsinin aşkar edilərək götürüldüyünü, mobil telefonun və şəxsiyyət vəsiqəsinin 10.09.2021-ci il tarixdə özünə qaytarıldığını, pul əskinaslarının hal şahidlərinin iştirakı ilə qablaşdırıldığını və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərildiyini bildirdi Məhkəmədə şahid qismində dindirilən X11 izahatında 09.09.2021-ci il tarixdə Düdəngə kəndinin sahə inspektoru Ramil müəllimin ona kənddə oğurluq hadisəsi olduğunu bildirdiyini, araşdırma zamanı polis şöbəsinə dəvət edilən Şəxs üzərinə baxış keçirilməsi üçün onu Şərur rayon Polis şöbəsinə dəvət etdiyini, polis şöbəsinə getdiyini, onun və digər hal şahidi X2 iştirakı ilə Dünyaminin üzərinə baxış keçirildiyini, onun üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 1 manatlıq əskinasın, özünə məxsus 1 ədəd samsung markalı mobil telefonun və şəxsiyyət vəsiqəsinin aşkar edilərək götürüldüyünü, pul əskinaslarının onların iştirakı ilə qablaşdırıldığını bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X7 da, şahid X8 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, həqiqətəndə 09.09.2021-ci il tarixdə saat 18:40 radələrində Şərur rayon Düdəngə kənd sakini X1 avtomobilindən 71 manat pul oğurlamaqla ona maddi ziyan vurduğuna görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarına əlavə olunmuş 09 sentyabr 2021-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən bir ədəd 50 manatlıq (A********), 1 ədəd 20 manatlıq (B********) və 1 ədəd 1 manatlıq (C********) əskinas, özünə məxsus 1 ədəd samsung markalı mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Qeyd olunan pul əskinasları hal şahidlərinin iştirakı ilə ağ rəngli zərfdə qablaşadırılmış, zərfin üzəri möhürlənmiş, 1 ədəd samsung markalı mobil telefon və şəxsiyyət vəsiqəsi 10.09.2021-ci il tarixdə Şəxs geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş 0310 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 sentyabr 2021-ci il tarixdə saat 2130-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis şöbəsinin İTB-nin baş polis sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş 10.09.2021-ci il tarixli, 010101 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09.09.2021-ci il tarixdə saat 18:40 radələrində Şərur rayon Düdəngə kənd sakininin avtomobilindən 71 manat pul oğurlayaraq ona maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Eyni zamanda inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Ona görə də Şəxs avtomobildən götürdüyü 71 manat məbləğində pul alınıb Şərur rayon Düdəngə kəndində yaşayan zərərçəkmiş şəxs X4 qaytarılmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 09 sentyabr 2021-ci il tarixdən, saat 21:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ay, 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 09 sentyabr 2021-ci il tarixdən saat 21:30-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Şəxs avtomobildən götürdüyü 71 manat məbləğində pul alınıb Şərur rayon Düdəngə kəndində yaşayan zərərçəkmiş şəxs X4 qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar