Məhkəmə qərarları › İş №3(110)-65/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-65/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-65/2022 21.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Danyeri kəndində qeydiyyatda duran və yaşayan FİN nömrəsi xxxxxxx olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Şərur rayon Gümüşlü kəndi ərazisində qəsdən polisin qanuni tələbinə tabe olmayaraq, ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında təxminən 2 gün əvvəl köhnə tanışları Ruslan Məmmədov və Etibar Seyidov adlı şəxslərlə Gümüşlü gölünə getmək qərarın gəldiklərini, xx.xx.2022-ci il ytarixdə səhər saatlarında evdə olan zaman Ruslan Məmmədov və Etibar Seyidov onlara gəldiyini, saat təxminən 10:00 radələrində onlarla birlikdə ona məxsus avtomobillə Gümüşlü kəndinə getdiklərini, həmin kəndə çatan zaman orada xidmət aparan polis əməkdaşları ilə rastlaşdıqlarını, polis əməkdaşlarına gölün kənarına gedəcəklərini bildirdiklərini, polis əməkdaşlarının onlara həmin yerin qadağan olunmuş ərazi olduğunu bildirdiklərini, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq həmin yerə getməkdə təkid etdiklərini, bundan sonra polis əməkdaşlarının onları polis idarəsinı dəvət etdiklərini, daha sonra Şərur Rayon Polis İdarəsinə getdiklərini və orada onların barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu, tutduğu əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında xx.xx.2022-ci il tarixdə, təqribən saat 10:00 radələrində Şərur rayon Gümüşlü kəndində xidmət aparan zaman üç nəfər tanımadığı şəxsin Gümüşlü gölünün qadağan olunmuş ərazisinə keçmək istədiklərini gördüyünü, kəndin polis sahə inspektoru ilə birlikdə onlara həmin ərazinin qadağan olunmuş ərazi olduğunu bildirdiklərini, həmin şəxslərin onların qanuni tələblərinə tabe olmayaraq həmin əraziyə keçməkdə təkid etdiklərini, polis naryadı olan manqa komandirinə zəng edərək onu hadisə yerinə çağırdığını, daha sonra PPX əməkdaşı X1 hadisə yerinə gəldiyini, həmin şəxsləri Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, əvvəlcə İnzibati qaydad tutma haqqında protokol və daha sonra isə onun barəsində İnzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X4 da, şahid X2 verdiyi izahatla ilə eyni məzmunlu izahat verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Şərur rayon Gümüşlü kəndi ərazisində qəsdən polisin qanuni tələbinə tabe olmayaraq, ictimai qaydanı pozmuş, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş 21 sentyabr 2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 0097 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 sentyabr 2022-ci il tarixdə saat 1100-da inzibati qaydada tutulmuşdur. İş materialında olan xx.xx.2022-ci il tarixli 010209 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində qəsdən polisin qanuni tələbinə tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, himayəsində dörd uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən Şəxs inzibati xətanı bir qrup şəxslə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, Şəxs səmimi peşmançılığını, yaşlı olmasını, himayəsində dörd uşağının olmasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 21 sentyabr 2022-ci il tarixdən, saat 1100-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3 - cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən, saat 1100-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar