Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-65/2024 06.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X21 oğlunun katibliyi, Şikayət verən şəxs X9 və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə X9 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X1 MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən X16 şikayətində Şərur rayon Aşağı Yaycı kəndində yaşadığını, heç bir yerdə işləmədiyini, təsərrüfatla məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə dayısı X11 ona zəng vuraraq həmkəndlisi X6 ilə onu Günnüt yolu ilə Danzik kəndində yerləşən fermasına aparmağını bildirdiyini, onun özünə məxsus “Niva” VAZ 21214 markalı, ** BJ *** dövlət nömrə nişanlı maşını ilə onları fermaya apardığını, X8 fermada düşürdükdən sonra dayısının əlində setka və balıqla geri gəldiyini, setkanı və balıqları “Niva”nın arxasına yüklədiyini və fermaya qayıdaraq Vəfadar Fərzəliyevi də götürüb kəndə qayıdarkən yolda üç nəfər mülki geyimdə onları saxladqılarını və polis əməkdaşları olduqlarını bildirərək onlarla Şərur Rayon Polis İdarəsinə getməli olduqlarını bildirdiklərini, polis idarəsində onların qanunsuz olaraq balıq tutduqlarını bildirərək izahat aldıqdan sonra evə buraxdıqlarını, 28 fevral 2024-cü il tarixə isə Şərur rayon Aşağı Yaycı poçt şöbəsindən ona məktub gəldiyini bildirdiklərini, məktubda Naxçıvan MR Təbii Sərvətlər Nazirliyi tərəfindən onun qanunsuz balıq tutmağı ilə bağlı barəsində inzibati protokol tərtib edilərək 2000 manat cərimə olunması barədə qərar qəbul edildiyini öyrəndiyini. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidməti tərəfindən 21 dkabr 2023-cü il tarixdə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən X20 tərəfindən qeyriqanuni balıq ovlanması aşkar edildiyini və AR Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 146 №li Qərarına uyğun olaraq 15 (on beş) ədəd xanı balığının qeyri-qanuni olaraq ovlanması nəticəsində 165 (bir yüz altmış beş) manat məbləğində ziyan vurduğunun müəyyən edildiyini və həmin rəyə əsasən barəsində Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə İnzibati Protokol tərtib edilərək 2000 (iki min) manat məbləğində cərimə olunmağı barədə MN № ******* saylı qərar qəbul edildiyini, onun Şərur rayon Arpaçay su anbarında balıq tutmadığını, balığı X11 tutaraq onun maşınına gətirdiyini, həmin balıqların çay balıqları olduğunu, onun orada xanı balığı görmədiyini və Arpaçay su anbarında xanı balığı olduğunu ilk dəfədir ki, eşitdiyini və xanı balığının necə bir balıq olduğunu da bilmədiyini, onun Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən barəsində qanunsuz olaraq 15 (on beş) ədəd xanı balığı tutduğuna görə barəsində inzibati protokol tərtib edilərək 2000 (iki min) manat inzibati cərimə edilməsi barəsində İnzibati tənbeh vermə haqqında qərarı əsassız, qanunazidd və qeyri-obyektiv hesab etdiyini və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin barəsində qəbul etdiyi İnzibati Tənbeh haqqında qərarın ləğv edilməsini istədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şikayət verən şəxs X16 şikayət ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 21 dekabr 2024-cü il tarixdə onun yaşadığı Şərur rayon Aşağı Yaycı kəndində yerləşən evində olan zaman dayısı X15 ona zəng etdiyini və ona “Vəfadar deyir ki, məni aparsın dağdakı fermaya” sözlərini dediyini, onun da razılıq verdiyini və ikisini də yaşadıqları evin qarşısından götürdüyünü, dayısının avtomobilə əyləşən zaman balıq ovu üçün lazım olan ləvazimatları da avtomobilə yığdığını və ona yolüstü Vəfadarı fermaya qoyaq, oradan da gölə balıq ovuna gedəksözlərini dediyini, onun dağ yolu ilə avtomobili idarə etməyə başladığını, onların “Danzik” adlanan yerə çatan kimi Vəfadar Fərzəliyevin orada avtomobildən yerə endiyini və fermasına tərəf getdiyini, onun avtomobili Gümüşlü gölünə tərəf sürdüyünüonların oraya çatan zaman dayısının avtomobildən yerə endiyini və avtomobilin arxasından torları yerə boşaltdığını. Onun avtomobildə qaldığını və dayısının balıq tutmağa başladığını, təxminən bir saat dayısı balıq tutduqdan sonra təxminən 3 kisə balığı o və dayısı ilə köməklik şəkildə avtomobilə yüklədiyini, daha sonra onun avtomobil ilə “Danzik” adlanan yerə yenidən getdiyini və orada Vəfadar Fərzəliyevi götürdükdən sonra Günnüt kəndindən keçən yol ilə evlərinə tərəf gəldiklərini, onların yolda olan zaman onların arxası ilə ağ rəgli avtomobilin gəldiyini gördüklərini, dayısının arxaları ilə gələn avtomobildə polis əməkdaşlarının olmasından şübhələnib ona dərəyə sürməsini bildirdiyini, onun da dərəyə tərəf avtomobili sürdüyünü, dərəyə çatan zaman dayısının avtomobildən balıq və balıq ovu ləvazimatlarını yerə atdığını və onların yoluna davam etdiklərini, onların Şərur rayon Oğlanqala kəndi istiqamətində hərəkətdə olan zaman polis əməkdaşlarının onların qabağını kəsdiklərini, bu zaman dayısının polis əməkdaşlarına tabesizlik göstərdiyini, daha sonra polis əməkdaşlarının onları Şərur Rayon Polis İdarəsinə gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X7 izahatında Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının xx.xx.2023-cü il tarixdə X11, X9 və X3 qanunsuz balıq ovu ilə məşğul olmalarının müəyyən etdiklərini, bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdiklərini, müvafiq araşdırma aparıldıqdan sonra onların barəsində müvafiq qaydada qanuni tədbir görüldüyünü, eyni zamanda X9 2023-cü ilin fevral ayında eyni əmələ görə inzibati cəlb olunduğunu, təkrar olaraq eyni əməli törətdiyi üçün 2000 manat məbləğində cərimə olunduğunu, inzibati xəta törətmiş şəxslərin barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini, vətəndaşlara protokola bxaılması barədə çağırış verildiyini, vətəndaşların gəlmədiyini, onların iştirakı olmadan baxılıb qərar verildiyini, qərarları rəsmi qaydada vətəndaşların ünvanlarına göndərdiklərini, qeyd edərək məhkəmədən şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli 017825 nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şərur rayon Gümüşlü kəndində qanunsuz olaraq balıq ovu ilə məşğul olmuş. Qadağan olunmuş müddətdə, qadağan olunmuş yerdə X20, eni 5 metr, uzunluğu 100 metr olan torla 15 ədəd xanı balığı tutaraq inzibati xəta törətmişdir. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;. - Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X17 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardad görünür ki, X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək törətdiyi inzibati xətaya görə 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə vurulmuş ziyan barədə rəyindən görünür ki, 21 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon Gümüşlü kəndi ərazisində yerləşən X20 Şərur rayon Aşağı Yaycı kənd sakini X16 tərəfindən qeyri-qanuni balıq ovlanması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 146 №li Qərarına uyğun olaraq 15 (on beş) ədəd xanı balığının qeyri-qanuni olaraq ovlanması nəticəsində vurulmuş ziyan 165 (bir yüz altmış beş) manat məbləğində müəyyən edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli Baxış aktından görünür ki, Şərur Rayon Polis Şöbəsi tərəfindən 22 dekabr 2023-cü ildə Şərur rayonunun Aşağı Yaycı kənd sakinləri X18 və X16 tərəfindən Arpaçay Su anbarında torla balıq ovlanması nəticəsində əldə etdikləri 55 ədəd xanı balığı 15 fevral 2024-cü il tarixində Şərur Rayon Polis İdarəsindən təhvil alındı və balıqlar iylənmiş və yararsız vəziyyətdə olduğundan tərəfimizdən kənd təsərrüfatı ərazisində basdırılaraq zərərsizləşdirilmişdir. - 29 dekabr 2023-cü il tarixli 1283 nömrəli Məhkəmə Ekspertizasının Rəyindən görünür ki, Ekspertiza təyini haqqında göstərilən 47 kq “xanı” növündə olan balıqların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qyadada təxminən 282.00 (iki yüz səksən iki) manat müəyyən edilir. (47x6.00 manat). 1 kq “xanı” növündə olan balığın orta bazar qiyməti – 6.00 (altı) manat. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırılan müvafiq nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, X16 şikayət ərizəsində Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarını əsassız, qanunazidd və qeyri-obyektiv hesab etdiyini göstərsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, şikayətini yalnız heç bir yerdə işləməməsi, valideynlərinin xəstə olması, onlarının dərmanlarını çətinliklə alması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiqedilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; - 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; - 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından X9 Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128-134cü və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X9 Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-65/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-65/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver