Məhkəmə qərarları › İş №3(110)-66/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-66/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-66/2020 24.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Şərur rayon Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qışlaqabbas kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis Şöbəsi tərəfindən inzibati protokollar tərtib edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 14:40 radələrində ünvan 1 ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, xx.xx.2020-ci il tarixdə saat təxminən 13:00 radələrində kəndin dükanından 1 ədəd araq, əlavə olaraq yemək alıb içmək üçün kəndin çöllük istiqamətinə getdiyini, orada da aldığı içkini və yeməyi yeyib kəndə qayıtdığını, saat təxminən 14:40 radələrində kənd mərkəzinə qayıtdığını, orada da bir nəfər polis əməkdaşının, bir nəfər də tanımadığı mülki vətəndaşın dayandığını, onlara yaxınlaşaraq, polis əməkdaşına özünü təqdim etməsini tələb etdiyini, sonra Ceyhun müəllimin ona yaxınlaşaraq, onu sakitləşdirib məktəb tərəfə apardığını, təkrar olaraq Ceyun müəllimin yanında ayrılaraq polis əmkdaşlarının yanına getdiyini, təkrar olaraq özünü təqdim etməsini tələb etdiyini, içkili olduğundan uca səslə səs-küy saldığını və daha sonra həmkəndlisi və qohumu Üzeyir Məmmədovun gələrək onu qolundan tutub uzaqlaşdıran zaman özündən asılı olmayaraq, uca səslə ünvansız söyüşlər söydüyünü, əlavə olaraq da dövlətə qarşı da qərəzli şəkildə söyüşlər işlətdiyini, biraz keçdikdən sonra kəndin sahə inspektoru Mətləb müəllimin gəldiyini, onlara yaxınlaşaraq, nə problem olduğunu soruşduğunu və nə köməklik edə biləcəyini soruşduğunu, o da yenə uca səslə ünvansız söyüşlər söyməyə davam etdiyini, son olaraq Mətləb müəllimin onu sakitləşdirərək, Şərur rayon Polis şöbəsi İbadulla polis bölməsinə dəvət etdiyini, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd edərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında həmin 2014-cü ildən DİO-da xidmət etdiyini, həmin ildən Şərur rayon Polis şöbəsinin PPXT polis nəfəri 2018-ci ildən isə İbadulla PB-də PPXT-nin polis nəfəri vəzifəsində işlədiyini, bu gün yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 14:40 radələrində Qışlaqabbas kənd ərazisində xidməti vəzifəsini yerinə zaman İbadulla kənd İƏD üzrə nümayəndəliyin qarşısında dayandıqlarını, Qışlaqabbas kənd sakini Şəxs onların yanına gələrək, ona “özünü təqdim et” dediyini, o da cavabında ona “sənə sözüm yoxdur, nəyə görə özümü təqdim etməliyəm” dediyini, sonra ona “sən serjantsan, baş leytenant hanı” dediyini, o da cavabında “yeməyə gedib, nahardan sonra gələcək dediyini”, daha sonra sənin nə şikayət varsa de köməklik göstərim dediyini, sonra Ceyhun müəllimin gələrək Şəxs oradan uzaqlaşdırdığını, Allahverdinin məktəbin yanında olarkən onu uca səslə yanına çağırdığını, o da cavabında “sənin sözün varsa gəl yaxına” dediyini, daha Üzeyir Məmmədovla birlikdə yanlarına gələrək, geyiminə olan ləvazimatları ona nöqsan tutuduğunu, o da onu sakitləşdirməyə çalışan zaman təkrar olaraq, uca səslə ünvanslz nalayiq ifadələr işlətməyə başladığını, orada da dövlətə və dövlətçiliyə qarşı nalayiq ifadələr işlətdiyini, sonra Üzeyir Məmmədovun onun qolundan tutaraq, köhnə dükana tərəf apardığını, gedə-gedə də öz hərəkətlərini və söyüşlərini davam etdirdiyini, o da bu barədə sahə inspektoru Mətləb müəllimə məlumat verdiyini, çox keçməmiş onun gəldiyini, Şəxs polis bölməsinə dəvət etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 da, şahid X1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində xx.xx.2020-ci il tarixdə saat təxminən 14:15 radələrində İbadulla kənd İƏD üzrə nümayəndəlikdə otaqda oturan zaman otağın pəncərələrinin açıq olduğunu, aşağıda bir nəfər şəxsin ünvansız nalayiq söyüşlər söydüyünü eşitdiyini, sonra aşağıya enərək, söyüş söyən şəxsin həmkəndlisi Şəxsyev olduğunu gördüyünü, kənd ərazisində xidmət aparan polis əməkdaşı Rəyasət Əliyevin həmin şəxsi səkitləşdirən zaman o da ona yaxınlaşaraq, bura təhsil müəssisəsidir, ictimai yerdir, burada bu hərəkətləri etmək düzgün deyil dediyini, onu uzaqlaşdıran zaman Qışlaqabbas kənd sakini Üzeyir Məmmədovun gəlib Şəxs qolundan tutub aoaran zaman təkrar iolaraq Allahverdinin uca səslə ünvansız olaraq dövlətə və dövlətçiliyə qarşı nalayiq ifadələr işlətməyə davam etdiyini, sonra özünün idarəyə getdiyini, dahs onra kəndin sahə inspektoru Mətləb müəllimin gələrək Şəxs polis bölməsinə aparmasını eşitdiyini, bir az keçdikdən sonra Mətləb müəllimin gələrək Şəxs üzərində şəxsi axtarış edəcəklərini, hal şahidi qismində iştirak etməsini onda xahiş etdiyini, o da onun xahişini qəbul edərək, polis bölməsinə getdiyini, daha sonra Üzeyir Məmmədovun da polis bölməsinə gəldiyini, hər ikisinə hüquq və vəzifələrinin izah olunduğunu, Şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir əşya və predmet aşkar edilmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis şöbəsi İbadulla polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007954 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 14:40 radələrində ünvan 1 ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarış zamanı üzərində hər hansı bir predmet aşkar edilməmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli 319 saylı alkoqolun qəbulu və sərxoşluq halını təyin edən tibbi müayinə protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etmiş və alkoqolun sərxoşluğu orta və ya ağır dərəcə qeyd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 14:40 radələrində ünvan 1 ünvansız söyüşlər söyərək, ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiqatı zamanı Şəxsəməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən saat 2000-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 7 (yeddi) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 2000-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar