Məhkəmə qərarları › İş №3(110)-67/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-67/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-67/2020 24.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə,Şərur Rayon Polis Şöbəsidən daxil olmuş, xx.xx.1981-ci ildə Şərur rayonu Mahmudkənd kəndində doğulmuş, subay, 2 uşaqlı, ali təhsilli, işsiz, Şərur rayonu, Mahmudkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində protokol tərtib olunmuşdur ondan ötrü ki, həmin şəxs xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Şərur rayon Mahmudkənd kəndində həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirərək döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdirlər. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, xx.xx.2020-ci il tarixdə Kürkənd kənd sakin Qafarov Yadulla adlı şəxsdən presi aldığını, həmin şəxsin xx.xx.2020-ci il tarixdə 19:00 radələrində presi həyətlərinə gətdiklərini, presi həyətinə tökdükən sonra traktor sürücüsünün Zərərçəkmiş şəxs kiraladığı çöl torpağından döndüyünü, bu zaman Nabatın və gəlinin traktorun arxasınca gəlib sürücünü təhqir etdiklərini, sürücünün yerə enərək Nabatdan üzr istədiyini, həmin vaxtı onların onu təhqir etdiklərini, onun cavab vermədiyini, Şəhanənin onun saçından tutduğunu, onunla mübahisə edən zaman Şəhanənin qardaşı Röyalın gəldiyini,ikisi birlikdə onu döydüyünü, onun Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini bildirdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Şərur rayon Mahmudkənd kəndində gəlini X2 ilə çölə heyvanlarını gətirməyə getdiklərini, heyvanları gətdirdikləri zaman onlara məxsus yerdə Mahmudkənd sakini Şəxs pres gətirən traktorun oradan keçdiyini, onun traktor sürücüsünə traktorunu burada niyə saxladığını dediyini,bunu eşidən Əfsanənin onların üzərinə gəldiyini, mənim sürücümə niyə elə söz deyirsiniz dediyini, Əfsanənin gəlininin üzərinə getdiyini, gəlinin döyən zaman onların arasına girib sakitləşdirmək istədiyini, bu zaman Əfsanənin onun qolundan tutub döyməyə başladığını, sonra qonşular tərəfindən aralaşdırılaraq evə getdiklərini bildirdi. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X2 izahatında, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:00 radələrində qayınanası Zərərçəkmiş şəxs ilə birlikdə heyvanlarını gətirdiyini,onlara məxsus yerdə Mahmudkənd sakini Şəxs pres gətirən traktorun oradan keçdiyini, traktorun həmin yerdə saxlanıldığı üçün heyvanları apara bilmədiklərini, qayınanasının traktor sürücüsünə traktorunu burada niyə saxladığını dediyini, sürücünün onlara məxsus həyətdən keçdiyi üçün üzr istədiyini, Əfsanənin sürücüyə sən onlardan niyə üzr istəyirsən dediyini, Şəxs onlara nalayiq ifadələr işlədiyini, onunla mübahisə edən zaman qayınanasının araya girdiyini, Əfsanənin qayınanasını döyməyə başladığını, sonra xatırlamadığı şəxslər tərəfindən aralaşdırdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:00 radələrində həyətində olduğunu, küçədən səs gəldiyini eşitdiyini, küçəyə çıxdığını, bu zaman qızı və qızının qayınanasının çöldən heyvanlarını gətirdiyini, Əfsanəgilin evinin yanında traktor dayandığını, qızıgilin heyvanları apara bilmədiklərini, traktorun sürücüsünə traktoru yoldan çəkməsini istədiyini, Əfsanənin qızını söydüyünü, qızı Şəhanə ilə mübahisə etdiyini, Nabatın onları aralaşdırmağa cəhd etdiyini, Əfsanənin həmin vaxt Nabatın qolundan və yaxasında tutuaraq ona xəsarət yetirdiyini bildirdi. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2020-ci il tarixli 71 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu nahiyəsində qançır, sol baldırında sıyrıq bərk küt əşynın təsirindən törəməyə xarakterikdirlər,xəsarətlərin yetirmə müddətiqərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri müəyyən edilmir. İş materiallarında olan tibbi arayışlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs praktik sağlamdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar