Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-67/2023 29.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Şərur rayon Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaqlı, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qarxun kəndində qeydiyyatda duran və yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 012325 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 2 icra sənədi üzrə 15730 manat pul vəsaitini ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 1 icra sənədi üzrə tələbkar X11 ilə razılaşdığını, borcundan hər ay 130 manat ödədiyini, son iki aydır ki, işləmədiyi üçün ödəyə bilmədiyini, digər icra sənədi üzrə tələbkar X8 aylıq ödəməyi təklif etsə də, onun razı olmadığını, hal-hazırda işləmədiyini, borclarını ödəyə bilmədiyini, bundan sonra da həmin icra sənədləri üzrə müəyyən olunmuş pulları ödəməyəcəyini, hətta özünün barəsində tədbirlər görülməsi üçün müvafiq orqanlara müraciət etdiyini bildirirərək, məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-464/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Şəxs 14140 (on dörd min yüz qırx) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq X9 ödənilməsinin qət edildiyini, eyni zamanda Naxçıvan MR Ali Məhkəməsi tərəfindən verilmiş 2(108)-104/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Qarxun kənd sakini cavabdeh Şəxs 3000 (üç min) ABŞ dolları məbləğində pulun və 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X8 ödənilməsinin qət edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclunun tələbkar X9 bu günə qədər 3800 manat ödədiyini, lakin son iki aydır ödəmədiyi üçün tələbkarın şikayət etdiyini, pulunu bötüv halda tələb etdiyini, eyni zamanda digət tələbkar X6 da borcunu tam şəkildə tələb etdiyini, borclunun barəsində axtarış qərarı çıxarıldığını, Şərur rayon Polis İdarəsinin əməkdaşlarının borclunu xx.xx.2023-cü il tarixdə Şərur rayon İcra və Probasiya şöbəsinə gətirdiklərini, həmin gün gec olduğu üçün polis əməkdaşlarına borclunu geri qaytarmalarını, Novruz bayramından sonra gətirmələrini dediklərini, bundan sonra Şərur rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs Şərur rayon Qarxun kəndində yaşadığından, onun yerinin müəyyən olunduğundan vətəndaş barəsində axtarış işi açılmadan qərarın icra edilmədən geri qaytarıldığını, borcluya məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədlərinin icrasından boyun qaçırıldığını, israrla ödəməyəcəyini, tələbkarların da hər gün zəng edərək borclarının ödənilməsini tələb etdiklərini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs izahatından və iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədləri üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-464/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Şəxs 14140 (on dörd min yüz qırx) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq X9 ödənilməsi qət edilmiş və Naxçıvan MR Ali Məhkəməsi tərəfindən verilmiş 2(108)-104/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Qarxun kənd sakini cavabdeh Şəxs 3000 (üç min) ABŞ dolları məbləğində pulun və 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi alınaraq tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şərur rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli e-300981/2022-93-2- 006 nömrəli axtarış qərarına əsasən X2 rayon Qarxun kəndində yaşadığından onun yeri müəyyən olunduğundan vətəndaş barəsində axtarış işi açılmadan qərar icra edilməsi üçün Şərur rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli, 012325 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 2 icra sənədi üzrə 15730 manat pul vəsaitini ödəməkdən yayınmış və icra məmurunun qanuni qanuni tələblərinə əməl etmədiyində onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına daşınar və ya daşınmaz əmlak yoxdur, pensiya, əmək haqqı və sosial ödəniş almır. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs aradan keçən uzun müddət ərzində icra sənədlərini icra etməməsini, icra şöbəsinə gəlməməsini, birinci dəfə onun icra şöbəsinə yalnız axtarış qərarı əsasında polis əməkdaşları vasitəsi ilə gətirilməsini, bir icra sənədi üzrə bu günədək bir icra sənədi üzrə 3800 manat, digər icra sənədi üzrə ümumiyyətlə ödəniş etməməsini, izahatında ödəmə qabiliyyəti olmadığı üçün bundan sonra da həmin icra sənədləri üzrə müəyyən olunmuş pulları ödəməyəcəyini qeyd etməsi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-67/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-67/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver