Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-67/2024 19.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsi DYPB tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP 594632 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 26 fevral 2024-cü il tarixli 3-13-43-6/2-3752/24 nömrəli məktubla baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törətmiş Şəxs və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xətaya dair 3(110)-72/2024 nömrəli və 3(110)-68/2024 nömrəli işlər hazırkı 3(110)-67/2024 nömrəli inzibati xəta haqqında işə birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ 16432941 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğuna görə 40 (qırx) manat məbləğində, xx.xx.2023-cü il tarixli EQ ********* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tələbini pozduğuna görə 50 (əlli) manat məbləğində və xx.xx.2023-cü il tarixli EQ 16779756 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tələbini pozduğuna görə 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP 594632 nömrəli, İXP ******* nömrəli və İXP ******* nömrəli İnzibati xəta haqqında Protokollardan görünür ki, Şəxs həmin qərarlar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib bu qənaətə gəlir ki, iş üzrə inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Şəxs İXP seriyalı 594632 nömrəli, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İXP seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati cəriməni və dəbbə pullunu ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi göstərilmişdir. Həmin maddənin sanksiyasında inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur; - 529-cu maddəsinə əsasən “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 145.1.4.-cü maddəsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs müvafiq cəriməni və dəbbə pullun ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və inzibati iş üzrə icraata xitam verilməlidır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati cərimələri və dəbbə pullarını tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-67/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-67/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver