Məhkəmə qərarları › İş №3(110)-68/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-68/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-68/2022 22.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyraniva Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və təcrüməçi X1 iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1968-ci ildə İran İslam Respublikasının Poldəş şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı (Pasport № Z********), orta təhsilli, evli, 3 uşaqlı, ticarətlə məşğul olan, İran İslam Respublikasının Poldəş şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İran İslam Respublikasının vətəndaşı Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində Şərur rayon Gümüşlü kəndində ictimai qaydanı pozmuş, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında təxminən 1 həftə öncə Naxçıvan Muxtar Respublikasına gəldiyini, gəldiyi vaxtdan da Naxçıvan şəhərində yaşadığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində taksi ilə Şərur rayon Gümüşlü kəndini gəzmək məqsədi ilə gəldiyini, Gümüşlü kəndində gəzmək üçün ətrafı dolaşmağa başladığını, bu zaman polis əməkdaşlarının ona yaxınlaşaraq ərazinin qadağan olunmuş ərazi olduğunu bildirdiklərini, onun polis əməkdaşlarının fikrini düzgün anlaya bilmədiyini və həmin hissəyə keçməyə cəhd etdiyini, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətini davam etdirdiyini, bu zaman polis əməkdaşlarının onu polis avtomobili ilə Şərur RPİ-yə apardıqlarını, hazırda tutduğu əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2022-ci il tarixdə saat 10:00-da Şərur rayon Gümüşlü kəndində xidmət aparan zaman 1 nəfər tanımadığı şəxsin gölün qadağan olunmuş hissəsindən keçmək istədiyini görüdüyünü, ərazinin polis sahə inspektoru ilə birlikdə həmin ərazinin qadağan olunmuş ərazi olduğunu bildirdiklərini, lakin həmin şəxsin onların qanuni tələbinə qəsdən tabe olmayaraq həmin əraziyə keçməyə cəhd etdiyini, Polis PXB-nin manqa komandiri Coşqun Süleymanova zəng edərək hadisə yerinə çağırdığını, PPX avtomobili gəldikdən sonra həmin şəxsi Şərur RPİ-yə apardıqlarını, hal şahidlərinin iştirakı ilə onların üzərinə baxış keçirdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində xidmətdə olan zaman Şərur rayon Gümüşlü kəndində xidmətə çıxan polis nəfəri Feyzulla Əhmədovun ona zəng edərək Şərur rayon Gümüşlü kəndində 1 nəfər tanımadığı şəxsin onun qanuni tələbinə qəsdən tabe olmadığını bildirdiyini, PPX avtomobili ilə həmin yerə getdiyini və həmin həmin şəxsi xidməti avtomobili ilə Şərur RPİ-yə apardığını bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli 0098 nömrəli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, Şəxs üzərində hər hansı bir əşya aşkarlanmadı. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İran İslam Respublikasının vətəndaşı Şəxs (Pasport № Z********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar