Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-68/2023 29.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1976-cı ildə Şərur rayon Vərməziyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, Şərur rayon Vərməziyar kəndində qeydiyyatda duran və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Mahmudkənd sakini X2 0.430 qram narkotik vasitə sayılan marixuana istifadə etmək üçün almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında, Şərur rayon Vərməziyar kəndində doğulub boya-başa çatdığını, haliyyədə həmin kənddə ailəsi ilə birlikdə yaşadığını, heç bir təhsili olmadığı üçün evlərin təmir işləri ilə məşğul olub ailəsini dolandırdığını, onun 2012-ci il tarixdən narkotik vasitələr istifadə etdiyini, hətta 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 il müddətinə azadlıqdan mərhum edildiyini, buna baxmayaraq onun hal-hazırda da narkotik vasitələrdən qəbul etdiyini, 19 mart 2023-cü il tarixdə günorta saatlarında əvvəlcədən tanıdığı Şərur rayon mahmudkən sakini X3 zəng vurub onunla kef-hal tutduğunu, danışıq zamanı onun İsa Məmmədlidən onda narkotik tərkibli vasitə olub olmamasını soruşduğunu, İsa Məmmədlinin ona hazırda onda narkotik tərkibli maddə sayılan marixuana olduğunu bildirdiyini, onun İsa Məmmədlidən ona narkotik tərkibli maddə verməsini xahiş etdiyini, İsanın ona “mənə 50 manat pul ver məndə sənə narkotik tərkibli maddə verim” sözlərini dediyini, onun həmin gün axşamüstü İsadan narkotik vasitə satın almaq üçün taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi İlkin adlı şəxsin avtomobili ilə Şərur rayon Mahmudkəndinə getdiyini, ancaq İlkinin onun narkotik tərkibli maddə almaq üçün Mahmudkəndinə getdiyini bilmədiyini, onun Mahmudkəndində yerləşən məscidin yaxınlığında avtomobildən düşüb İsanın yanına getdiyini, İlkinin isə avtomobildə onu gözlədiyini, İsa Məmmədlinin yanına çatan zaman heç kim görməsin deyə tələm-tələsik üzərində olan 50 (əlli) manat pulu İsaya verdiyini, onun isə ona sarı rəngli büküm verdiyini, onun həmin bükümü götürüb evə getdiyini, evə gedən zaman İsa Məmmədlinin ona verdiyi bükümü açaraq içərisində qurudulmuş “Marixuana” olduğunu gördüyünü, onun evinin həyətyanı sahəsində olan tualetə girərək cibində olan siqaret qutusunun içərisindən 1 ədəd siqaret götürərək həmin siqaretin içərisində olan tütünü yerə boşaltdığını, daha sonra həmin siqaretin içərisinə İsa Məmmədlidən aldığı “Marixuana” narkotik vasitəsinin bir hissəsini doldurduğunu və yandıraraq onu qəbul etdiyini, qalan hissəsini isə “FİNE” adlı siqaret qutusunun içərisinə qoyub üzərində saxladığını, daha sonra həmin gün saat təxminən 23:30 radələrində yenidən həyətyanı sahəsində olan tualetə gedərək bir siqaretində içərisini boşaldaraq narkotik tərkibli maddə doldurduğunu və onu da qəbul etdiyini, sonra isə evə keçərək yatdığını, 20 mart 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanaraq tualetə girdiyini və yenidən siqaretin içərisinə “marixuana” narkotik vasitəsi dolduraraq qəbul etdiyini, qalan hissəsini isə “FİNE” adlı siqaret qutusunun içərisinə qoyub üzərində saxladığını və kənd mərkəzinə getdiyini, orada olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq onu polis idarəsinə dəvət etdiklərini, onun polis əməkdaşları ilə birlikdə Şərur rayon Polis İdarəsinə gəldiyini, polis idarəsində olan zaman müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının ondan üzərində narkotik tərkibli vasitə olub-olmadığını soruşduqlarını, onun onlara üzərində narkotik tərkibli vasitə olduğunu bildirdiyini və video çəkiliş vasitəsi ilə onun pencəyinin sağ cibində saxladığı içərisində “Marixuana” adlı narkotik vasitə olan qızılı rəngli sarı büküm olan siqaret qutusuu polis əməkdaşlarına təhvil verdiyini, əməlindən peşman olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 vermiş olduğu izahatında xx.xx.2023-cü il tarixdə Şəxs narkotik vasitədən istifadə etməsi əməliyyat məlumatı daxil olduğunu, məlumat əsasında onun yaşadığı Şərur rayon Vərməziyar kəndin getdiklərini, kənd mərkəzində Şəxs gördüklərini, onu Şərur rayon Plis idarəsinə dəvət etdiklərini, orada ondan üzərində narkotik vasitə olubolmamasını soruşduqlarını, Şəxs könüllü olaraq üzərindəki narkotik vasitəni onlara təhvil verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardad görünür ki, xx.xx.1976-cı ildə Şərur rayon Vərməziyar kəndində anadan olmuş, 3 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, deməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, Şərur rayon Vərməziyar kəndində qeydiyyatda olan və yaşayan Şəxs narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda şübhə etməyə kifayət qədər əsaslar olduğundan, o şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 20 mart 2023-cü il tarixli “müdafiəçinin təyin edilməsi haqqında” qərardan görünür ki, Şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında fəaliyyət göstərən X6 dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. İş materiallarına əlavə olunmuş 20 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Şəxs barəsində şəxsi axtarış aparılmışdır. İş materiallarına əlavə olunmuş 20 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şəxs şəxsi axtarışı zamanı üzərindən bir büküm aşkar olundu, həmin büküm açılarkən içərisində narkotik vasitə sayılan marixuanaya bənzər yaşıl bitki kütləsinin olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin 21 mart 2023-cü il tarixli 317 nömrəli ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər yaşıl rəngli bitki kütləsi” əl yazıları, ad, soyad və imzalar (4 imza) olan kağız zərfin içərisindəki 01 ədəd “FİNE” siqaret qutusunda qızılı rəngli siqaret kağızına bükülmüş, təmiz çəkisi – 0.430 qram xırdalanmış bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağa edilən narkotik vasitələrin siyahı”na daxildir. İş materiallarına əlavə olunmuş 21 mart 2023-cü il tarixli “tutulmuş şəxsin azad edilməsinə dair” qərardan görünür ki, Şəxs üzərindən götürülmüş narkotik vasitənin çəkisi 430 qram olduğundan, şübhəli şəxs qismində tutulmuş xx.xx.1976-cı ildə Şərur rayon Vərməziyar kəndində anadan olmuş, 3 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, deməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, Şərur rayon Vərməziyar kəndində qeydiyyatda olan və yaşayan Şəxs azad edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin 21 mart 2023-cü il tarixli 317 nömrəli məktubunun qeyd hissəsində qeyd edilmişdir ki, maddi sübutun qalıqları - 0.410 qram narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmiş vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Şərur RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009043 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şərur rayon Vərməziyar kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Mahmudkənd sakini X2 0.430 qram narkotik vasitə sayılan marixuana istifadə etmək üçün almışdır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun səmimi etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 1 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs olunmalı və inzibati həbsin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. İnzibati xəta üzrə maddi sübut olan ekspert tədqiqatından sonra xalis çəkisi 0.410 (sıfır tam mində dörd yüz on) qram olan narkotik vasitə - marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-68/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-68/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver