Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-69/2020 07.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şərur Rayon Polis Şöbəsidən daxil olmuş, 1976-cı ildə Şərur rayonu Çərçiboğan kəndində doğulmuş, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Çərçiboğan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində protokol tərtib olunmuşdur ondan ötrü ki, həmin şəxsxx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Şərur rayon Çərçiboğan kəndində arvadı Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirərək döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2020-ci il tarixdə saat təminən 19:00 radələrində arvadı ilə həyətdə işlədiklərini, işlərini bitirdikdən sonra arvadı Aynaya sizi bir yerə aparacağını dediyini, Aynanın ona heç bir yerə getmək istəmədiyini bildirdiyini, Aynanın ona uşaqların getmək istəyirsə onları aparamağını dediyini, uşaqlardan getmək istədiklərini soruşduğunu, uşaqların ona heç bir yerə getmək istəmədiklərini bildirdiklərini, bu zaman qızı Ümüsünə hirsləndiyini, qızının onun üzünə qayıdaraq nalayiq ifadələr işlətdiyini, bu zaman hirslənib qızının şillə ilə vurduğunu, qızını vurduqdan sonra arvadının, oğlu Ramazanın və qızının onun üstünı hücum etdiklərini, üz-gözünü cırmağa başladıqlarını, bundan sonra onlardan aralanıb həyətə çıxdığını, 15-20 dəqiqə həyətdə oturduğunu, sonra evə gəlib ailəsi ilə televizora baxdıqlarını, 20-25 dəqiqə keçdikdən sonra küçə qapısının döyüldüyünü, qapının açanda qaynı İlyasın və kəndin sahə inspektorunu qapıda gördüyünü, İlyasdan niyə gəldiyini soruşduğunu, İlyasın bacısı Aynanın zəng vurub gəlib onları aparmasını istədiyini, İlyasa onun ailə işlərinə qarışmamasını bildirdiyini, İlyasın onun sözü ilə razılaşmadığını, onunla mübahisə etməyə başladığını, sahə inspektorunun onları aralaşdırdığını, bundan sonra İlyas onun ailəsini götürüb apardığını, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində ailəsi ilə axşam yeməyi yediklərini, əri Arzunun yemək yeyən zaman spirtli içki qəbul etdiyini, yemək yeyib qurtardıqdan sonra Arzunun ona sizi bir yerə aparacağam dediyini, onun da Arzuya heç yerə getmək istəmədiyini bildirdiyini, uşaqların istəyirsə onları apar dediyini, bu zaman qızı Ümüsündə getmək istəmədiyini atasına bildirdiyini, bu zaman Arzu qızının saçından tutub şillə ilə vurmağa başladığını, qızından niyə getmədiyini soruşduğunu, Arzunun qızı döydüyünü görüb qızı onun əlindən almaq istədiyini, bu zaman onu döyməyə başladığını, bundan sonra uşaqları ilə çölə çıxdığını, yene qızını döyməyə başladığını, sonra evə gedib qardaşı İlyasa zəng vurduğunu, qardaşına Arzu bizi döyür polis götür gəl dediyini, bir az keçdikdən sonra qardaşı polislə ilə birlikdə gəldiyini, onları götürüb ata evinə getdiklərini, hazırda ərindən şikayəti olmadığını, barışdıqlarını, ərinin həbs olunmasını istəmədiyini bildirdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. Buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2020-ci il tarixli 7ə №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs boynunda qançır və sıyrıqla bərk küt əşyanın təsirindən törəməyə xarakterikdirlər, xəsarətlərin yetirmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri müəyyən edilmir. İş materiallarında olan tibbi arayışlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs praktik sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəməŞəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51,53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-69/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-69/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver