Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-69/2021 05.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1998-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi sürücüsü, Şərur şəhərində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 02.10.2021-ci il tarixdə saat 16:20 radələrində Naxçıvan MR DİN-nin Qİ və TBÇ-in Şərur rayonlararası müayinə mərkəzinin həyətində səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamış, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 02.10.2021-ci il tarixdə saat təxminən 15:20 radələrində dostu X2 ona zəng edərək avtomobilinin cərimə meydançasından gətirməyini xahiş etdiyini, avtomobilin çıxarılması barədə rəisin məlumatının olduğunu ona bildirdiyini, cərimə meydançasına getdiyini, orada Rəhim adlı polis əməkdaşına Seymurun avtomobilini çıxarmaq üçün gəldiyini bildirdiyini, polis əməkdaşının avtomobili əsl sahibinə təhvil verəcəyini bildirdiyini, polis əməkdaşına rəisin bu barədə məlumatının olduğunu bildirdiyini, lakin heç bir göstəriş verilmədiyini bildirdiyini, özünü saxlaya bilməyib orada uca səslə qışqır-bağır salmağa başladığını, polis əməkdaşının üzərinə hücum çəkdiyini, polis əməkdaşının qanunun tələblərini ona izah etdiyini, cərimə meydançasından getməyini ondan tələb etdiyini, lakin onun qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, buna görə də polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşı kimi onu əvvəlcədən tanıdığını, lakin hər hansı bir ədavətinin olmadığını, tutduğu əməldən peşman olduğunu bildirərək məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında 01.10.2021-ci il tarixdə ** BH *** dövlət nömrəli nişanlı avtomobilin saxlanılması üçün cərimə meydançasına gətirilib təhvil verildiyini, 02.10.2021-ci il tarixdə qeyd olunan avtomobilin əsl sahibi olmayan başqa bir şəxs Şəxs müayinə mərkəzinə gəldiyini, həmin avtomobili müayinə mərkəzindən çıxarmaq istədiyini bildirdiyini, ona bunun qanunsuz olduğunu və avtomobilin sahibinin çıxara biləcəyini ona izah etdiyini, müayinə mərkəzindən getməyini bildirdiyini, lakin Şəxs onun qanuni tələbinə tabe olmayaraq qışqır-bağır saldığını, nalayiq ifadələr işlətməyə başladığını, onun üzərinə hücum çəkdiyini, orada olan şəxlər tərəfindən onu sakitləşdirdiklərini, Şəxs ilə əvvəlcədən hər hansı bir ədavətinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında X3 ilə eyni məzmunda izahat verərək onun dediklərini təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan 03.10.2021-ci il tarixli 0312 nömrəli tutma protokolundan görünür ki, Şəxs 03.10.2021-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 03.10.2021-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, Şəxs üzərində hər hansı bir əşya aşkarlanmadı. İş materiallarında olan 04.10.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 03.10.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-69/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-69/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver