Məhkəmə qərarları › İş №3(110)-7/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-7/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-7/2021 03.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şərur Rayon Polis Şöbəsidən daxil olmuş, xx.xx.1985-ci ildə Şərur rayonu Düdəngə kəndində doğulmuş, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu Düdəngə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində protokol tərtib olunmuşdur ondan ötrü ki, həmin şəxs xx.xx.2021-ci il tarixdə Şərur rayon Yengicə kəndində Zərərçəkmiş şəxs oğluna qəsdən fiziki ağrı yetirərək döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs oğluna 1 ədəd iribiynuzlu heyvanı 1400 manata satdığını, həmin şəxsin 480 manat məbləğində borcu qaldığını, borcunu istəyəndə Zərərçəkmiş şəxs pulunu olmadığını, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs evlərinə getdiyini, borcunu ödəmədiyindən aralarında mübahisə yarandığını, əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs 1 yumruq zərbə edirdiyini, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən Zərərçəkmiş şəxs oğlu ifadəsində Şəxs iribuynuzlu heyvan aldığını, 480 manat məbləğində borcunun qaldığını, xx.xx.2021-ci il tarixdə borcunu ödəyə bilmədiyində Şəxs ilə aralarında mübahisə olduğunu, Vüsalın ona yumruqla zərbə vurduğunu, hazırda Şəxs şikayəti olmadığını, barışdıqlarını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Şahidin izahatı: Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində xx.xx.2021-ci il tarixdə Şəxs ilə birlikdə ona məxsus olan avtomobillə Yegicə kəndində getdiklərini, tanımadığı şəxsin evinin yanında maşını saxladığını, Vüsalın maşından düşərək Qulam adlı şəxsi çağırdığını, bir müddət keçdikdən sonra aralarında mübahisə yarandığını, Vüsalın həmin şəxsə bir yumruq zərbə vurduğunu, sonra isə Vüsalla birlikdə kəndə qayıtdıqlarını bildirdi. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2021-ci il tarixli 1 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun əsasında qançur və sıyrıq, sol gözünün alt nahiyyəsindən qançur küt əşyanın təsirindən törəməyə xarakterikdirlər, xəsarətlərin yetirmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri müəyyən edilmir. İş materiallarında olan tibbi arayışlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs praktik sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51,53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar