Məhkəmə qərarları › İş №3(110)-70/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-70/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-70/2020 07.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, 1997-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 09:20 radələrində Şərur rayon Çomaxtur kəndində bibisi Zərərçəkmiş şəxs döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 09:15 radələrində anası Əfət Əhmədova ilə birlikdə traktorla digər evlərinə getdiklərini, həyətə girərək damda olan qazlara baxıb, onlara dən verdiyini, sonra həyətə çıxaraq traktora mindiyini, anası Afət Əhmədovanın həyətin aşağısında olan toyuq damına gedib toyuqlara baxacağını ona bildirdiyini, o da traktorda gözlədiyini, təxminən 30 dəqiqə traktorda gözlədiyini, anası Afət Əhmədova traktora mindikdən sonra ona “sür gedək” dediyini, anasının, yolda gedərkən bibisi Zərərçəkmiş şəxs onu yenə təhqir edərək, ona nalayiq ifadələr işlətdiyini, oraq götürərək onun üstünə getdiyini, problem olmasın deyə ona fikir vermədiyini” deyərək ona traktoru sür gedək dediyini bildirdi. Zərərçəkmiş şəxs vermiş olduğu izahatda, xx xxxxxxx 2020-ci il tarixdə təxminən səhər saat 09:20 radələrində yaşadığı evin həyətində toyuqlara ot yolan zaman qardaşının həyat yoldaşı Afət Əhmədovanın həyətdən üzüm yığdığını gördüyünü, ona “niyə üzümü yığırsan” dediyini, o da cavabında “sizə qalmaqdansa üzümü yığıb toyuqlara verəcəyəm” deyib üzümü apardığını, bu zaman qardaşının oğlu Şəxs onu təhqir etdiyini, ona cavab qaytaranda Şəxs yerdən daşları götürüb ona tərəf atdığını, daşların ona dəymədiyini, Şəxs həyətəki narları yığmağa başladığını, ona “narları yığma, siz öz payınızı götürmüsünüz, bunlar anamın və mənim payımdır” dediyini, Zaman onun sözlərinə məhəl qoymayaraq, narları yığmağa davam etdiyini, bu zaman narları yığmaması üçün onun əlindən tutub koldan araladığını, həmin vaxt Zamanın onun sağ əlindən möhkəm sıxaraq sol gözündən yumruqla vurduğunu, dönüb gedəndə iki dəfə də təpiklə vurduğunu, evə gedərək anası Şəfiqə Əhmədovanı yuxudan oyatdığını, anasına şikayətə gedəcəyini dediyini, o da ona getməsini dediyini, evdən çıxanda Afət Əhmədova və Şəxs qışqıraraq ona “qonşular nə etdi ki, sən də nə edəsən” dediklərini, daha sonra Şərur rayon Polis şöbəsinə gedərək şikayət ərizəsi yazdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində o, xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 09:20 radələrində oğlu Şəxs ilə birlikdə yaşadıqları evə getdiklərini, oğlu Zamanın həyətə girərək qapının yanında damda olan qazalara baxdığını, onlara yem verdiyini, sonra gedib traktora mindiyini, o da həyətin aşağısında olan toyuq damına gedərək toyuqlara dən, su verdiyini, bu zaman Təranənin hər zaman olduğu kimi onun təhqir etməyə başladığını, əlində olan oraqla onun üzərinə gəldiyini, aralarında olan mübahisə böyüməsin deyə evə girdiyini, pəncərədən baxaraq onun getməsini gözlədiyini, evdən çıxaraq traktora mindiyini, oradan çölə getdiklərini, oğlunun ümumiyyətlə Təranəni görmədiyini, yalnız yolda gedərkən oğluna “Təranənin onu yenə təhqir etdiyini, onunda söz-söhbət böyüməsin deyə fikir vermədiyini” bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin polis sahə inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007905 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 09:20 radələrində Şərur rayon Çomaxtur kəndində bibisi Zərərçəkmiş şəxs döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsi İTB-nin polis sahə inspektoru X1 tərəfindən xx xxxxxxx 2020ci il tarixdə Şərur rayon Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli, 74 nömrəli ekspert rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol gözün alt nahiyyəsində qançırlar küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. Məhkəmə qeyd edir ki Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatı və onun bədəni üzərində sağlamlığa zərər vurmayan xəsarətlərinin aşkar olunması ilə bağlı ekspert rəyiolmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki ailə münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs izahatının qərəzli olması inkar olunmur, bu hal məhkəmə iclasında da davranışları ilə də özünü biruzə verirdi və həmin izahat Şəxs təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bundan başqa, məhkəmə iclasında izahatı alınmış yeganə şahid X4 oğlu Zamanın Zərərçəkmiş şəxs döyməsini nəin ki, inkar etmiş, hətta onu ümumiyyətlə görmədiyini bildirmişdir. Bu faktı isə başqa bir sübutla öz təsdiqini tapmamışdır. Ekspert rəyinə gəldikdə, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin ona məhz Şəxs tərəfindən yetirilməsini də birmənalı söyləmək mümkün deyildir. Həmin xəsarətlər qançırdan ibarət olmaqla ciddi xəsarətlər deyil, qisas almaq məqsədilə onun özü tərəfindən də yetirilməsi mümkündür və bu ona vurulmuş xəsarətin Şəxs tərəfindən törədildiyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqındaiş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdəvə bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlbolunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunanşəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Qeyd olunanlara əsasən məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlib, işin icraatına xilam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəfa haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar