Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-72/2020 22.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-cü ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 5 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Şərur rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin polis baş serjantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP seriyalı, ******* saylı “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında protokoldan və xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi” barədə aktdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2019cu il tarixdə, «Daimler Benz» minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur şəhər Nizami küçəsində hərəkətdə olarkən müvafiq sənədlərin təqdim olunması üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu müəyyən edilmiş, sənədləri yoxlama zamanı sürücünün Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il keçmədən təkrar törətməsi səbəbi ilə yenidən barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixində Fizuli şəhərinin işğaldan azad edilməsi münasibətilə idarə etdiyi «Daimler Benz» minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Şərur” restoranına gedərək, orada spirtli içki qəbul etdiyini, orada tanımadığı bir şəxsin onun avtomobilini satın almaq istədiyini bildirdiyini, həmin şəxsin avtomobili sürüb yoxlamaq istədiyini bildirdiyini, həmin şəxsin avtomobili sürərək Şərur şəhərinə gəldiklərini, avtomobilin qiyməti barədə razılaşmadıqlarını, daha sonra YPX əməkdaşlarının onları yanına gəldiklərini, onu xəstəxanaya apararaq müayinə etdirdiklərini, spirtli içki qəbul etməsinin müəyyən olunduğunu, etdiyi əmələ görə peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində Şərur rayon Polis Şöbəsinin DYPBnin YPX-nin baş serjantı vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə xidmət aparan zaman Şərur rayon Polis Şöbəsindən Şərur şəhəri ərazisində bir şəxsin avtomobili təhlükəli halda idarə etməsi barədə məlumat daxil olduğunu bildirdiyini, məlumatı aldıqdan sonra həmin avtomobili Şərur rayon Vergilər idarəsinin qarşısında saxlatdıqlarını, həmin şəxsin sənədlərini yoxlanılması zamanı davranışlarında sərxoşluq əlaməti olduğundan onu Şərur rayon Mərkəzi Xəstəxanasına müayinə üçün apardıqlarını, müayinə zamanı onun spirtli içki qəbul etməsi dəqiqləşdikdən sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, şahidin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 14 saylı “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” protokoldan görünür ki, Şəxs hərəkət və davranışlarında sərxoşluq əlaməti olduğundan, o, tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan alkolun qəbulu faktı və sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs 0,50 promilli sərxoşluq dərəcəsi aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi DYPB-nin YPX-nin baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə «Daimler Benz» minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil sərxoş halda idarə etdiyi məlum olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Naxçıvan MR Yol patrul xidməti inspektoru polis sıravisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün barəsində xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi” barədə aktdan görünür ki, sürücü Şəxs sərxoş vəziyyətdə idarə etdiyi üçün «Daimler Benz» minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil Şərur rayonlararası müayinə mərkəzinin duracağına yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqındaiş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdəvə bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlbolunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunanşəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır; 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, məhkəmə Şəxs eyni inzibati xətanı bir il ərzində (xx.xx.2020-ci il tarixdə İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir) təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-72/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-72/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver