Məhkəmə qərarları › İş №3(110)-72/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-72/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-72/2024 19.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Şəhər Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda məhkəmənin hakimi X1 icraatında həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xətaya dair 3(110)-67/2024 nömrəli iş mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə belə hesab edir ki, hazırda məhkəmənin icraatında olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xətaya dair 3(110)-72/2024 nömrəli iş onun barəsində məhkəmənin icraatına daha öncə daxil olan 3(110)-67/2024 nömrəli inzibati xəta haqqında işə birləşdirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 115ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xətaya dair 3(110)-72/2024 nömrəli iş X1 icraatında həmin şəxsin barəsində olan 3(110)-67/2024 nömrəli inzibati xəta haqqında işə birləşdirilsin. İnzibati xətaya dair iş məhkəmənin hakimi X2 təqdim edilsin. Bu qərardan şikayət verilə bilməz. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar