Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-73/2021 15.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1975-ci il tarixdə Şərur rayon Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 4 uşaqlı, fərdi əməklə məşğul olan, Şərur rayon Maxta kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 14.10.2021-ci il tarixdə saat 21:00 radələrində Şərur rayon Maxta kənd ərazisində olan zaman uca səslə səs-küy salmaqla ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 14.10.2021-ci il tarixdə Türkiyə Respublikasından yaşadığı Şərur rayon Maxta kəndinə gəldiyini, kənd mərkəzində kəndin icra nümayəndəsi X1 gördüyünü, Türkiyədə olan zaman Müşviqin onun ünvanına nalayiq ifadələr işlətdiyi yadına düşdüyü, 14.10.2021-ci il tarixdə saat 21:00-da Müşviqin yanına çataraq ondan onun ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduğunu, Müşviqin heç nə demədiyini, uca səslə səs-küy saldığını, Müşviq müəllimin üzərinə hücum çəkdiyini, Müşviq müəllimin kəndin sahə müvəkkilinə zəng vurduğunu, kəndin sahə müvəkkili onları polis məntəqəsinə dəvət etdiyini, etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən X2 izahatında 10.2021-ci il tarixdə saat 21:00 radələrində evə gedən zaman həmkəndlisi Şəxs avtomobili saxlayıb yerə düşdüyünü, ona yaxınlaşdığını, həmin vaxtı əsəbi halda uca səslə səs-küy saldığını, onun ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini ondan soruşduğunu, bunu ətrafdan keçən bəzi kənd sakinlərinin görüb eşitdiyini, ona ünvanına nalayiq ifadələr işlətmədiyini Eldənizə bildirdiyini, Polis Şöbəsinə zəng vurub onu şikayət edəcəyini bildirdiyini, bir müddət keçdikdən sonra sahə müvəkkilinin gəldiyini və Eldənizi polis bölməsinə dəvət etdiyini və onların getdiklərini bildirdi. Sənədlər: İş materiallarında olan 15.10.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, şəxsin barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-73/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-73/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver